Təqvim
Küsülü olan Xalq artistləri Aygün və Röyanın bahalı, qlamur geyimləri
20 aprel 2020 - 16:25

Dünya şöhrətli amerikalı modelyer və dizayner Ralf Loren deyib: “Dəb etiket, marka deyil. Bu, içəridən gələn bir hiss və duyğudur”.
Yerli şou əhlinin də dəbə meyilli və geyim aludəçisi olduqları sirr deyil. Onların arasında hər zaman zövqlü geyimləri və dəbdəbəli obrazları ilə seçilən isə səhnəmizin iki Xalq artisti - Aygün Kazımova ilə Röya Ayxandır.
İllərdir küsülü olan Aygün ilə Röyanın bir-birindən fərqli və gözoxşayan libas və aksessuarlarının hansı brendə məxsus olduğunu, dəyərini “Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən təqdim edir:
Kazımovanın həm yaxın dostu, həm də səhnə geyimlərinin müəllifi - dünya şöhrətli dizayner Rüfət İsmayılın “Afffair.fff” brendinin geyim kolleksiyasından yararlanan pop diva üst hissəsi ağ köynək, ətək hissəsi isə parıltılı, qalın dərili, qısa libası və eyni tərzdə uzun çəkmələrdən istifadə edib. Sözügedən libas ilə çəkmələrin qiyməti 1445 manatdır.Aygünün geyindiyi digər bir libas da “Afffair.fff” markasına aiddir. Geyim dəstinin qiyməti isə 2720 manatdır. Geyimləri ilə yanaşı, aksesuarları ilə də diqqət çəkən Xalq artistinin qulağını bəzəyən uzun ilan formalı sırğaların markası “Lakobukia” brendinə məxsusdur. Qiyməti isə 255 manatdır.İndi isə zövqü və imici ilə hər zaman gözoxşayan, milyonların sevimlisi Xalq artisti Röya Ayxanın geyindiyi libaslar və aksessuarlara nəzər salaq:
Qlamur pop ulduzun geyindiyi cins şalvar ilə qısa köynək “Natashazinko” markasına aiddir. Köynəyin qiyməti 357 manatdır. Aksessuarlara gəldikdə isə çantanın markası “Lilianafshar”a məxsusdur. Qiyməti 1436 manatdır. “Gianvito Rossi” markasına aid ayaqqabının dəyəri isə 746 manatdır.Ağ, uzun, yandan dəri yırtmaclı libas “Terekhov” brendinindir. Qiyməti 1600 manatdır. Cazibədar obrazını tamamlamaq üçün Röya gümüşü rəngli dəyəri 1351 manat, “Giuseppe Zanotti” brendinə aid zərif ayaqqabıdan istifadə edib.Oxu.Az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə