Təqvim
Yazın gəlişi təbiətdə müsbət dəyişikliklərlə müşayiət olunur
15 aprel 2020 - 16:16

Yazın gəlişi təbiətdə yeni gözəlliklər yaradır, heyvanlar aləmi, bitki örtüyü canlanır, təbiətin özünübərpa prosesi  daha çox qabarır və bütün bunlar bizi əhatə edən mühitdə gözlə görünən müsbət dəyişikliklərlə müşayiət olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova  jurnalistlərə  bildirib ki, təbiətin keşiyində duran mühafizə işçiləri yazın gəlişi ilə təbiətdəki canlanmanı, xüsusilə kənar təsirlərin azalması səbəbindən vəhşi heyvanların öz areallarında  sərbəstliyinin açıq şəkildə hiss olunmasını müşahidə edirlər. 

 "Göygöl Milli Parkında ardıcıl şəkildə ayı balalarının, Hirkan Milli Parkının Xanbulan gölü ətrafında indiyədək rast gəlinməyən  Bəbir ləpirinin, Şahdağ Milli Parkında Nəcib maralın, cüyürün tez-tez​ görünməsi​ heç də təsadüfi deyil.​

Şirvan Milli Parkında ürkəkliyi ilə seçilən ceyranların,​ ölkəmizə  introduksiya olunaraq Şahdağ Milli Parkının İsmayıllı bölməsində təbiətə köçürülən Avropa zubrlarının aktivliyi də​ gözdən yayınmır.​"

Mütəxəssisin fikrincə,  yazın gəlişi, canlı aləmin oyanışı ilə bağlı olan aktivlik, həm də antropogen təsirlərin azalması səbəbindən daha da sürətlənib, vəhşi təbiətin sakinləri olan heyvanat aləminə xeyli rahatlıq gətirib, onların  sərbəstliyinə, bitki örtüyünün inkişafına və ümumən təbii bərpa proseslərinə şərait yaranıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Marketinq və reklam
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə