Rusiyanın himayədarlığı ilə istədikləri əməlləri həyata keçirən ermənilər, Qafqaza gəlmə bir xalq olmalarına baxmayaraq, bu qədim və zəngin ərazidə yurd salmaq, dövlət yaratmaq üçün hər cür yola-hiyləyə, fitnə-fəsada əl atmışlar.
Bu haqda rus tarixçiləri İ.Dyakonov və N.Şavrov belə demişlər: “Qədim ermənilər, təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı vadisi zonasında meydana gəlmişlər” (İ.Dyakonov. Erməni xalqının ilkin tarixi. Yerevan, 1968, s.237).
“XX əsrin başlancığında Zaqafqaziyada yaşayan 1 mln. 300.000 ermənidən 1 milyondan artığı bu rayonun yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər” (N.Şavrov. Zaqafqaziyada rus mənafeyi üçün yeni təhlükə. Sankt-Peterburq. 1911, s. 61).
“Ermənilər, əsasən, müsəlman mülkədarların torpaqlarında yerləşmişlər»-deyən vəziri-muxtar, diplomat və dramaturq A. Qriboyedovun “Ermənilərin İrandan bizim əyalətlərə köçməsi – haqqında qeydlər”ini oxumaq kifayətdir (A.Qriboyedov. Seçilmiş əsərləri, II c., Moskva, 1977, s. 399-444).
Ermənilərin Qafqazın aborogen xalqı olmamaları barədə vaxtilə mənşəcə erməni alimlərinin özləri də etiraf etmişlər.
Tarixçi B.İşxanyan “Qafqaz xalqları” əsərində yazır: “Antik dövrdə ermənilərin əsl vətəni olan Böyük Ermənistan Kiçik Asiyada, yəni Rusiyadan kənarda yerləşirdi” (B. İşxanyan. Qafqaz xalqları. Petroqrad, 1916, s. 18).
Məşhur alim, Ermənistan SSR EA-nın ilk prezidenti İ.Orbelinin qeydinə diqqət yetirək: “İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir” (İ.Orbeli. Seçlmiş əsərləri. Yerevan, 1963, s. 358).
Ermənilərin kim olduqlarını və harada təşəkkül tapdıqlarını fikrimizcə onların tanınmış alimi Manuk Abeqyan daha dəqiq və düzgün ifadə etmişdir: “Erməni xalqının əsli nədir; necə və nə vaxt, haradan və hansı yollarla o, buraya (İrəvan torpaqlarına) gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarlaəlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları subuta yetirən aydın və dəqiq dəlillər yoxdur”. M. Abeqyan. Erməni ədəbiyyatı tarixi. Yerevan, 1975, s. 11.
(V.Arzumanlı, V.Həbiboğlu, K.Muxtarov “1918-ci il qırğınları”) 1905.az
Bütün hüquqlar qorunur © 2024