Təqvim
Masallı Taekvandoçuları 1 gümüş və 1 bürünc medal qazandı
03 mart 2020 - 13:22

 Masallı Taekvandoçuları Bakı şəhər açıq birinciliyində 1 gümüş və 1 bürünc medal qazandı
28 fevral -1 mart 2020-ci il tarixlərdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə "26 fevral Xocalı soyqırımına" həsr olunmuş Bakı şəhər açıq birinciliyinə yekun vuruldu.

49 taekvondo klub və bölmələrindən, eləcə də Rusiya və Gürcüstandan ümumilikdə 750-dək uşaq, yeniyetmə və gənc idmançının qatıldığı yarışda Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin yetirmələri Nəbizadə Miryunus Vurğun oğlu 36 kq çəki dərəcəsində uşaqlar arasında üçüncü yerə , Vəliyev Rahid Nahid oğlu 45 kq çəki dərəcəsində gənclər arasında ikinci yerə layiq görülmüşlər.

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə