Təqvim
Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"
03 mart 2020 - 18:22

 Məhsəti Hüseynova sosial şəbəkəsində 9 fevral növbədənkənar Parlament seçkiləri və yeni islahatlar haqqında fikir bildirdi.

Həqiqətən bu il keçirilən növbədənkənar Parlament seçkiləri yeni islahatların başlanması oldu.
Azərbaycanın müstəqillik qazandığından bu günə qədər ilk dəfə seçkilərdə belə bir canlanma müşahidə olundu. İlk dəfə bu qədər çox sayda Namizəd qeydiyyata alındı. İlk dəfə insanlar arasında belə fəal təşviqat-təbliğat prosesi aparıldı. Və bunu xalqın bütün təbəqələri açıq aydın şəkildə müşahidə edə bildi. Seçki prosesində baş verən bütün proseslər xalqın gözü önündə keçirildi.
Əziz gənc və ilk dəfə Namizəd olan şəxslər, hər biriniz bu şərəfli yolu keçməyə şans qazandınız. Bəziləriniz bu yolda heç əziyyət çəkməsəniz də, bəziləriniz isə həqiətən bu marafonu əziyyətli, zəhmətli şəkildə çox gözəl tamamladınız. Buna sevinmək lazımdır!!!
Seçkilər zamanı saxtakarlıqların baş verdiyi hadisələrdən paylaşılan videolara baxın, saxtakarların və Namizədlərin, müşahidəçilərin reaksiyalarına baxın! Sanki məhəllə dava-dalaşıdır! Siyasət emosiyalarla idarə olunacaq yer deyil! Nəzarət və müşahidəçilərin əksəriyyətinin orda niyə olması, kimi təmsil etməsi və ümumiyyətlə seçki məcəlləsindən anlayışı olamayan insanlardan ibarət idi. Hərtərəfli şəkildə bunun da şahidi olmamıza şərait yarandı ki, bir daha ətraflı düşünək.
Elə namizədlər var idi ki, əgər onlara yer verilsəydi, inanın ki, o hadisələr bu gün Milli Məclisdə yaşanacaqdı. Ona görə qəbul olunan hər bir qərarın arxasında Azərbaycan və Azərbaycanın mənafeyi durur.
Bəyənmədiyiniz, təkrar seçilən, yaşlı Millət Vəkillərinin həyat yolu və fəaliyyətini öyrənmisinizmi? Sizin savadınız onun qədərdirmi? Və ya siz beynəlxalq arenada onun kimi ölkənizi təmsil edə biləcəksinizmi?
Və ya bu qədər insanın problemlərinin hamısını bir anda həll edə biləcək qanunları hazırlamaq asandırmı? Hər işin bir qaydası qanunu var. Bu yerdə bir Atalar sözünü xatırlatmaq istərdim: “Qıraqdan baxana dava asan gəlir.”
Ümid edirəm ki, tez bir zamanda olmasa da, zamanla biz də həsəd apardığımız inkişaf etmiş ölkələr kimi savada biliyə malik olub, onlar kimi düşünə bilərik. Yalnız o zaman inkişaf edə bilərik.
Elə sosial şəbəkəldən söyüb batırmaqla deyil, bir özünüzə sual verin: “Siz bu millət üçün, siz bu xalq üçün, Siz bu Azərbaycan üçün nə etmisiniz?”
Ona görə ölçün, biçin, düşünün. Keçdiyiniz bu təcrübə yolunu yüksək qiymətləndirin. Bu dəfə olmadısa, gələn dəfə olsun! Yenə də olmadısa, faydalı ola biləcəyiniz işlərlə dövlətə, millətə, xalqa faydalı olmağa çalışın!
Nə qədər yeniliklərə səbəb olduğunuzu düşünün və özünüzü bunun üçün təbrik edin!
Bu günə qədər təbliğat prosesi zamanı küçə-küçə, qapı-qapı gəzən Namizədləri görmüşdünüzmü?
Problemlərinizi dinləyən, sizi evinizdə ziyarət edən Namizədləri görmüşdünüzmü?
Bunlar yenilik deyilmi?
Və hətta, əvvəlki Millət vəkilləri olan Namizədlərin əksəriyyəti də sizlərlə bərabər bunları etməyə çalışmadımı?
Bunun özü Azərbaycan üçün yenilik olmadımı?
Potensialı olan və olmayan o qədər vətəndaş Namizədlik üçün baş vurdu ki, hətta qeydiyyata çatdırmayanların “mütləq mən də növbəti dəfə Namizədliyimi irəli sürəcəm” fikirləri ilə sizlər də rastlaşmadınızmı?
Məgər bu azdı? Bunun özü yeni islahatdı. Hər bir Azərbaycanlı özü haqqında bir daha götür-qoy etməyə başladı, öz fəaliyyətini analiz etdi, özünü daha da inkişaf etdirmək haqqında düşündü.
10 milyonluq xalqın yalnız 125-i Millət Vəkili olur, bütün Namizədlər Millət Vəkili olacaq deyə bir qanun yoxdur.
Sözüm bəzilərinədir ki, əgər belə dava dalaşla, həyasızlıqla haqq ədaləti müdafiə edəcəksinizsə, elə sizin orda olmamağınız daha məqsədə uyğundur!
Vətənə, millətə faydalı olmaq üçün MİLLƏT Vəkili olmasanız da olar!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Gülağa Tənha 2 iyul 17:00, 02 iyul 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa edir: Əməkdar artist Elza Seyidcahan14:00, 01 iyul 2020
Gülağa Tənha " Tənhanın öz dərdi var ! " ifa: Xalq artisti İlham Əsgərov18:00, 30 iyun 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa edir Xalq artisti Canəli Əkbərov13:00, 29 iyun 2020
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" müsabiqə (anons və I hissə)14:13, 28 iyun 2020
Gülağa Tənha Sevgi şeirlərindən seçmələr...15:00, 27 iyun 2020
Gülağa Tənha 26 iyun15:00, 26 iyun 2020
Gülağa Tənha qardaşoğlu üçün sifariş etdiyi maşın...17:00, 25 iyun 2020
Bu gün “Dənizçi Günü” peşə bayramı qeyd edilir 16:57, 25 iyun 2020
Kapital Bank kartların müddətini uzatdı 16:55, 25 iyun 2020
8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik 16:54, 25 iyun 2020
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun tikintisi sürətlə davam etdirilir 16:53, 25 iyun 2020
Xaricdə təhsil almış gənclər Azərbaycan Tələbə və Məzunlar Platformasını yaradır. 16:51, 25 iyun 2020
Özbək dilində Azərbaycan ədəbiyyatı nəzəriyyəsi çapdan çıxıb. 16:49, 25 iyun 2020
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətlərinin məlumat16:47, 25 iyun 2020
BMA-nın elmi-tədqiqat laboratoriyası növbəti onlayn elmi seminar keçirimişdir. 16:44, 25 iyun 2020
Yük avtomobillərində dərman preparatları və mobil telefonlar aşkar edildi 16:00, 24 iyun 2020
Energetika Nazirliyi yanvar-may ayları üzrə neft və qaz hasilatına dair göstəriciləri açıqlayıb 15:59, 24 iyun 2020
Bakıətrafı qəsəbələrdə içməli su təchizatı 15:58, 24 iyun 2020
Yeni “ABAD” Bakaleyası “Dəniz Mall”da yerləşən “Bravo” marketində fəaliyyətə başlayıb 15:56, 24 iyun 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə