A dünya, nə vaxtsa gözləri dolan
Bəndənin qeydinə qalacaqmısan?
Nələr etdiyini yadına salsan,
Qara bulud kimi dolacaqmısan?
Ürəyin daşıymış, gözün dolmadı,
Çayın qurumadı, gülün solmadı…
Ona səndən başqa qıyan olmadı,
Sən mənə vəfalı olacaqmısan?
Nə vəfan varıymış, nə etibarın,
Qəlbimi üşüdür boranın, qarın.
Mənə şam yandırıb hey korun-korun,
Ağlayıb saçını yolacaqmısan?
Özünü unutdu, xalqına yandı,
Xalqını yaşatdı, xalq onu andı.
Bu itki can yaxır xeyli zamandı,
Sən də bizim kimi yanacaqmısan?
Onsuz necə ağır keçir ömür-gün,
İnamım itibdi sənə büsbütün…
Onunla yenidən qovuşmaq üçün
Tənhanı qoynuna alacaqmısan?
Ey Tanrım, arxa ol bizim İlhama,
Xalqını çatdırsın arzuya, kama!..
Ömrünü bu yolda döndərib şama,
Sən onun qeydinə qalacaqmısan?
Sən onun qeydinə qalacaqmısan?
Bakı, Fəxri Xiyaban, 12.12.2004
Bütün hüquqlar qorunur © 2024