Təqvim
“Süni dəri” yükündən 304 kiloqramdan çox heroin çıxdı (+FOTOLAR)
28 noyabr 2019 - 17:30

Canveten.az xəbər verir ki, Azərbaycan gömrükçüləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daha bir uğurlu tədbir həyata keçirib. Belə ki, külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda Ukrayna Respublikasının vətəndaşı Haıevskyı Leonıdin idarə etdiyi “Reno” markalı, AI9452HI/AI9425XK dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

 

Həmin nəqliyyat vasitəsində olan 560 rulon “süni dəri” yükünün Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının “Hadyeh Golbaf Jahan Co.” şirkətindən Ukrayna Respublikasının “Lımıted Lıabılıty Company Kasrık Ukraıne LLC” şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

 

Lakin baxış zamanı yük avtomobilinin qoşqusunda 560 rulon “süni dəri” yükünün 288 ədədinin hər birinin daxilindəki silindr formalı karton borunun içərisində olan digər karton borunun üzərinə yapışqanlı lentlə sarınmış polietilen paketlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 304 kq 154 qram olan narkotik vasitə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə