Təqvim
Litvada Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə beynəlxalq yarış keçirilib (+FOTOLAR, +VIDEO)
22 noyabr 2019 - 18:28

Canveten.az xəbər verir ki, 18 noyabr. 2019-cu il tarixində Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Litvada yaşayan gənc azərbaycanlı Nərmin Əliyevanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Litvanın Kaunas şəhərindəkviz formatlı özündə Azərbaycan dili, mədəniyyəti, tarixini əks etdirən ingilis dilində intellektual yarışma keçirilib. Yarışma yerli və Ingiltərə, Hindistan, Vyetnam,  Slovakiya, Serbiya, Türkiyə, Qazaxıstan, Pakistan, Litva, Latviya, Ukrayna, Gürcüstan, İtaliya, Braziliyadan olan gənclərin iştirakı ilə baş tutub. Yarışda ümumilikdə hər biri 5 nəfərdən ibarət 15 komanda iştirak edib.

Yarış 3 mərhələdən ibarət təşkil olunub. Mərhələlər ümumi olaraq Azərbaycan bayrağınının tarixi, ölkəmizin mədəniyyəti və dünya şöhrətli insanları haqqında maraqlı və düşündürücü suallardan ibarət olub. İştirakçılar tərəfindən ən yaddaqalan suallar yazıçı Anarın və şair Fikrət Qocanın bənzətmələrindən olan suallar və dünya musiqilərinin Azərbaycan milli musiqi alətləri ilə ifa olunan video suallar seçilib. 

Tədbirin məqsədi Azərbaycanı fərqli perspektivdən tanıtmaq və bayrağımız, tariximiz, mədəniyyətimiz haqqında litvalı və digər xarici gəncləri məlumatlandırmaq idi. Yarışın qalibi İngiltərə, Ukrayna, Hindistan və Qazaxıstan gənclərindən ibarət komanda olub. İkinci yeri Serbiya və Türkiyədən olan gənclər əldə ediblər. Üçüncü yeri isə Slovakiya, Litva və Irlandiyadan olan gənclər qazanıblar.

Qaliblər sertifikatlar və Azərbaycanı əks etdirən xüsusi hədiyyələrlə təltif ediliblər. Yarış müddətində milli atribut və suvenirlərdən ibarət Azərbaycan guşəsi yaradılıb və milli şirniyyatlar iştirakçılara təqdim edilib.

Diqqətinizə çatdırmaq istərdik ki, Litvanın tələbə şəhərciyi sayılan Kaunasda artıq 2 ildir ki, xarici tələbələrin sevimli məşğuliyyətinə çevrilmiş intellektual (kviz formatlı) oyunlar baş tutur. Oyunların təşkilatçısı isə həmyerlimiz Nərmin Əliyevadır.

Xatırladaq ki, oyunlar “Quiz with Narmin” adı altında Kaunas şəhərindən başlasa da artıq məşhurluq qazanıb, qonşu Riqa və Vilnüs şəhərlərində də müntəzəm olaraq təşkil olunur. Sualları hazırlayan və təşkilatçı Nərmin Azərbaycanda keçirilən “LG Bilik Akademiyası”, “Virtual

Ring”, “Xəmsə”, “Breyn Rinq”  kimi bir çox intellektual verilişlərinin finalçısı olub. İlk universiteti Yakın Doğu Universitetində pulsuz təhsil və imtahansız attestatı da belə verilişlərdən birində - “Ağıl dəryası”nda qazanıb.

Bu yaxınlarda (Oktyabr ayında) Kaunas şəhərinin 2022-ci ildə Avropa Mədəniyyəti paytaxtı seçilməsilə əlaqədar olaraq, ilk dəfə Şəhər hekayələri festivalı keçirilmişdi. Festivala Kaunasda yaşayan xariciləri bir araya yığmaq məqsədilə beynəlxalq kviz yarışması keçirməsi üçün “Quiz with Narmin” Kaunas2022 komandası tərəfindən də xüsusi dəvət almışdır.

Oyunlarda indiyə qədər 130-dan çox komanda, 35-dən artıq fərqli ölkə nümayəndəsi iştirak

edib. Yarışlar həm yerli, həm də xarici gənclər arasında böyük maraq doğurur.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə