Canveten.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 12-ci qrant müsabiqəsinin qaliblərindən biri olan “Gənc Psixoloqlar” İctimai Birliyi “Yaşamaq gözəldir” layihəsinin icrasına başlayır. Layihənin əsas məqsədi regionlarda baş verən yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması məqsədi ilə gənc məktəb psixoloqlarının maarifləndirilməsi və onların köməkliyi ilə həmin regionlarda profilaktik işlərin təşkil olunmasıdır. Layihə çərçivəsində 5 regionda, Quba, Qəbələ, Sabirabad, Masallı və Bərdə rayonlarında təlim və görüşlər keçiriləcəkdir.
Qeyd edək ki, “Gənc Psixoloqlar” İctimai birliyi əsas məqsədi gənc və tələbə psixoloqlar arasında şəbəkələşmə yaratmaqla cəmiyyətimizin psixi sağlamlığının qorunması istiqamətində vahid fəaliyyəti təşkil və təmin etməkdir.
Bütün hüquqlar qorunur © 2025