Təqvim
Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar (+FOTOLAR)
20 oktyabr 2019 - 03:21

Canveten.az xəbər verir ki, oktyabrın 18-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında həyata keçirilən "Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı (PNR) sahəsi üzrə hədəflərin müəyyənləşdirilməsi" mövzusunda keçirilən dördgünlük seminarın məruzəçiləri - Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləriBobHilton və AncelaValmsliDövlət Gömrük Komitəsinin Akademiyasında olublar.

Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları Akademiyada görməkdən məmnunluğunu ifadə edib.O, Akademiyanın yaranması və inkişaf tarixi, mütəxəssis hazırlığı, DGK-nın əməkdaşları üçün ilkin xidmətə hazırlıq və ixtisasartırma kurslarının təşkili haqqında məlumat verib. Qulu Novruzov Akademiyanın fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet yer tutduğunu bildirib.

Qonaqlar təmsil etdikləri qurumların fəaliyyəti haqqında, xüsusən gömrük işinin təşkili sahəsində müasir biliklərin yayılması istiqamətində həyata keçirilən layihələr haqqında danışıblar.

Görüşdə Akademiyanın fəaliyyətinə dəyərli töhfə verə biləcək sahələrdə əməkdaşlıq perspektivləri vəbirgə tədbirlərin həyata keçirilməsi müzakirə edilib.

Sonra qonaqlar Akademiyada yaradılan infrastrukturla yaxından tanış olublar.

Qeyd edək ki, 15-18 oktyabr tarixlərində keçirilən seminar çərçivəsində Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri BobHilton və DebbieTether tərəfindən iştirakçılara "Aviasərnişinlər üçün Riskin İdarəolunmasına Giriş" , "Qərarlara Əsaslanan Riskin İdarəolunması və Digər Texnikalar" , "Profilləşdirmə və Risk Göstəriciləri" və digər mövzularda məlumatlar verilib, praktiki məşğələlər keçirilib.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə