Təqvim
Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub (+FOTO)
17 oktyabr 2019 - 15:36

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub. “Kaspi” təhsil şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirilən layihə çərçivəsində nəşrə hazırlanan kitab Avrasiya Yazıçılar Birliyi tərəfindən çap edilib.

“Sanki bir alovsan” şeirlər toplusu Türkiyənin nüfuzlu “BENGÜ” yayınları brendi ilə oxuculara təqdim olunan “Azərbaycan ədəbiyyatı”nın seçilən nəşrləri sırasına daxildir. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun rəhbərliyi ilə işıq üzü görən bu nəşrlər türk dünyasının görkəmli yazıçı və şairlərinin əsərlərini təqdim edir.

Qeyd edək ki, indiyədək Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Daşkənddə özbəkcə, Londonda ingiliscə, “Ulduzlar göylərdə düzülsəydi sırayla” kitabı Moskvada rusca, Minskdə Belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb. Bundan başqa, şairənin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və digər şeirləri təkcə yuxarıda adları çəkilən kitablarda yox, həm də müxtəlif ölkələrdə zaman-zaman dərc olunan ədəbiyyat jurnalları və qəzetlərində poeziyasevərlərə təqdim edilib.

Ankarada nəşr olunan “Sanki bir alovsan” nəşrinin redaktoru AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər doktoru Sabir Şahtaxtıdır. Şeirlər tanınmış tərcüməçi, yazıçı Mətin Yıldırım tərəfindən Anadolu türkcəsinə uyğunlaşdırılıb.

“Sanki bir alovsan” şeirlər toplusunun ön sözündə oxuyuruq: “Leyla xanım həm rəsm, həm də şeir yaradıcılığında təbiət hadisələri ilə bağlı həssas hisslər nümayiş etdirir, özünün həyata real baxışlarıyla zəngin təxəyyülü arasında həzin bir harmoniya yarada bilir. Şairənin seçdiyi həssas mövzular və nümayiş etdirdiyi bədii təxəyyül oxucunu hədsiz duyğulandırır”.

“Türk poeziyasında yeni bir ruh” sərlövhəli ön sözdə Leyla xanımın poeziya yaradıcılığı ilə dünya şöhrətli nasirlərin bədii əsərlərində rast gəlinən maraqlı ifadə oxşarlıqları müqayisəli şəkildə diqqətə çatdırılır. Məsələn, “Zaman” adlı şeirində şairə zamanın sürətli axarı barədə düşüncələrini cilalanmış ifadələrlə, incə çalarlarla təsvir edə bilib. Əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyn məşhur “Çərpələng uçuran” əsərində zamanın sürətli axarından gileylənərək yazır: “Kaş ki, zamanı durdura bilərdim”. Leyla Əliyeva isə zamanın çay kimi dayanmadan axmasından, həyatın sürətlə dəyişməsindən narahatlığını belə ifadə edir:

Zaman, ayaq saxla, dayan bir anlıq,

Dayan, gözlə məni, sözümü dinlə.

Hara tələsirsən? Gizlətmə danış,

Bölərəm sirrimi mən də səninlə.

Ürək, zaman, sevgi, gözəllik və digər mövzularda yazdığı şeirlər müəllifi poeziya səltənətinin axarına qoşaraq sonsuzluğa doğru aparır. Leyla xanım öz düşüncə və duyğularını oxucuya çox səmimi və poetik bir dildə çatdırır. Misralardakı səmimiyyət sanki sapa düzülərək bir-birinə yol açır, özündən sonrakı ifadənin yoluna işıq tutur, nur ələyir. “Bakı” şeirində olduğu kimi:

Qərib ölkələrdə xatırlayarkən,

Olur ki, tökürəm göz yaşı səssiz.

Səni dərk etmədən, heyran qalıram...

Əgər dərk etsəm mən, dözmərəm sənsiz.

Ümumiyyətlə, Leyla xanımın toxunduğu bütün mövzular oxucunu duyğulandırır. O, poetik ustalıqla dünyaya boylanaraq, bütün qitələri, meşələri, dağları, çayları dolaşaraq istədiyini axtarır, hiss və duyğularını məharətlə ifadə edərək oxucularla səmimi ünsiyyət yaradır. İdeallıq, təmizlik, paklıq axtarışı Leyla xanımın poeziya yolunda işıqlı bir xətdir və onun bütün yaradıcılığında aydın görünür. 

“Sanki bir alovsan” Leyla Əliyevanın indiyədək ən çox şeirinin toplandığı kitabdır. Heç şübhəsiz ki, şairənin türk ictimaiyyətinə ilk dəfə təqdim olunan şeirlər toplusu qardaş ölkədə həm poeziyasevərlərin, həm də bəstəkar və qiraətçilərin diqqətini cəlb edəcək.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə