Təqvim
İSMAYILLI RAYONUNDA 4 KƏND QAZLAŞDIRILDI (+FOTOLAR)
15 oktyabr 2019 - 20:25

Canveten.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı tədbirləri davam etdirir. Bu ilin dövlət proqramına uyğun olaraq İsmayıllı rayonunun 4 kəndinə təbii qazın verilməsi münasibətilə rayonun Qalagah kəndində tədbir təşkil olunub. Tədbirdə SOCAR prezidenti cənab Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru cənab Əkbər Hacıyev, İsmayıllı rayonunun İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Açılış mərasimində çıxış edən SOCAR prezidenti cənab R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması, xalqımızın rifah halının daha da yaxşılaşmasına, həmçinin ekologiyanın qorunmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, İsmayıllı rayonunun Qalagah kəndində 208, Zeyvə kəndində 109, Soltankənd kəndində 106 və Uştal kəndində 91 ev qazlaşdırılıb, hər bir ev fərdi tənzimləyici və sayğacla təmin olunub. Kəndlərdə qaz çəkilişinə bu ilin aprel-may aylarında başlanılıb və müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün ümumilikdə 14 182,1 m polietilen, 32 372,51 m polad borulardan istifadə olunub.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə