Təqvim
Könüllülərin “Ətfaf Mühit və MƏN-2” adlı yay məktəbi uğurla yekunlaşdı (+FOTO=4)
03 sentyabr 2019 - 11:49

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Ətraf Mühit və MƏN-2” Könüll Gənclərin Yay Məktəbi layihəsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”Dövlət Proqramının vəzifələrindən olan -2.1.17-ci bəndi, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsinə həsr olunub. Layihənin icrasında əsas məqsəd könüllü gənclər arasında ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə işləri aparmaqla, onlarda bu istiqamətdə faydalı vərdişlər formalaşdırmaqdır.

Layihə haqqında məlumat verən layihə rəhbəri və birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə layihə 3 mərhələli olmaqla (hazırlıq, icra, hesabatlılıq) 20 iyun-20 sentyabr 2019-cu il tarixlərini əhatə edir. Artıq hazırlıq və icra mərhələsi yekunlaşan layihə çərçivəsində 2019-cu ilin Gənclər Paytaxtı Şamaxı şəhərində 23-28 avqust tarixlərində yay məktəbi keçirildi. 1000 nəfərə yaxın müraciətçi arasından müxtəlif regionları təmsil edən 40 nəfər fəal könüllü yay məktəbində iştirak etdi. Seçimlər zamanı geniş könüllülük təcrübəsinə malik lakin yay məktəblərində, düşərgələrdə və ümumiyyətlə bu səpkidə layihələrdə az iştirak edən və ya heç iştirak etməyən gənclərə üstünlük verildi. Seçimlərin bu yanaşma ilə aparılmasında da əsas məqsəd gənclərə eyni imkanları yaratmaqla, könüllülük fəaliyyətinə daha da motivə etmək və dəyərləndirmək idi. Yay məktəbi müddətində gənclər ətraf mühitin mühafizəsi mövzusunun əhəmiyyəti, onların bu istiqamətdə vəzifə və öhdəlikləri haqqında təqdimatlarda, təlim və qrup işlərində, təmizlik aksiyası, rayon ərazisinə ekskursiyalarda iştirak etdilər. İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış sənədli film izlədilər. Daha sonra təmsil etdikləri regionlara uyğun qruplara bölünərək, yay məktəbindən sonra da müxtəlif təşəbbüslərin icrası üçün təkliflər hazırladılar. Yekunda gənclərə iştirakçı şəhadətnamələri təqdim edildi.

Layihə gənclər tərəfindən yüksək qiymətləndirildi.

Məlumat üçün bildirək ki, eyniadlı layihə 2014-cü ildə də “Odlar Yurdu” Gənclər İB tərəfindən icra olunub. Bundan sonra da “Ətraf mühit və MƏN” layihəsinin cəmiyyətdə çox önəmli mövzuya həsr olunmasını nəzərə alaraq davamlı həyata keçirilməsi birlik tərəfindən planlaşdırılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ORDU QURUCULUĞU
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
Gülağa Tənha: Keçmişi fəhlə olan azərbaycanlı milyonçu haqqında bilmədikləriniz…15:03, 28 mart 2023
Prezident İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi 14:57, 28 mart 2023
Bakı sakinin polis bölməsində öldürülməsi barədə RƏSMİ AÇIQLAMA15:37, 27 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə