Təqvim
Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb (+FOTOLAR)
30 sentyabr 2019 - 10:10

Canveten.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Faiq Seyidov, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Ədalət Hüseynəliyev, Komitənin əməkdaşları və gömrük təmsilçiləri iştirak edib. Görüşdə gömrük bəyannaməsinin doldurulması, gömrük təmsilçiliyi ilə bağlı yeniliklər, gömrük təmsilçilərinin vəzifə və məsuliyyətləri barədə məsələlər müzakirə olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin gömrük sistemində apardığı islahatların nəticəsi olaraq beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. İslahatlar çərçivəsində həm gömrük, həm də xarici ticarət iştirakçıları üçün vacib amillərdən biri də ölkəmizdə gömrük təmsilçiliyi institunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması, gömrük təmsilçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə Dövlət Gömrük Komitəsi tərəfindən mərhələli şəkildə imtahanların təşkil olunduğu, imtahanlarda uğur qazanan mütəxəssislərin ixtisas attestatları ilə təmin edildiyi və prosesin gələcəkdə də davam etdiriləcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr barədə məlumat verilərək bildirilib ki, yeniliklərə görə gömrük təmsilçilərinin məsuliyyəti daha da artacaq və onlar gömrük orqanı qarşısında birbaşa cavabdehlik daşıyacaqlar. Xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

O da qeyd edilib ki, DGK tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə gömrük rəsmiləşdirilməsi prosesində müasir informasiya texnologiyalarının tətbiqi daha da genişləndiriləcək. Yeni təkmilləşdirmə nəticəsində rəsmiləşdirməni həyata keçirən şəxslər prosesin bütün mərhələlərini onlara gələn sms və elektron mesajlar vasitəsilə izləyə biləcəklər.

İlkin mərhələdə Bakı Baş Gömrük İdarəsində tətbiq edilən bu yenilik hesabına artıq gömrük təmsilçilərinin gömrük orqanına gəlmələrinə ehtiyac yoxdur. Belə ki, onlar rəsmiləşdirmə zamanı bütün proseslərin izlənilməsini və idarə olunmasını özlərinə aid elektron kabinet vasitəsilə həyata keçirə bilərlər.

Daha sonra gömrük təmsilçilərinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavab verilib.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, ELM-TƏHSİL
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib YENİLƏNİB VİDEO16:16, 22 oktyabr 2019
HDQ-nin taktiki təlimləri başa çatıb (+FOTOLAR, +VIDEO) 13:43, 22 oktyabr 2019
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub (+FOTOLAR) 02:58, 22 oktyabr 2019
"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib (+FOTOLAR, +VIDEO) 02:18, 22 oktyabr 2019
Gülağa Tənha - Rasim Əliyevin fikirləri və İlham Əliyev klip 22:45, 21 oktyabr 2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib (+FOTOLAR) 17:57, 21 oktyabr 2019
Nazim Ərəbov kitablarını hədiyyə etdi (+FOTOLAR) 17:51, 21 oktyabr 2019
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 31-cisayı nəşr olunub (+FOTOLAR) 15:39, 21 oktyabr 2019
Siyəzən gəncləri Azərbaycan haqqında biliklərini nümayiş etdiriblər (+FOTOLAR) 15:28, 21 oktyabr 2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb (+FOTOLAR) 02:03, 21 oktyabr 2019
Akademik Musiqili Teatr Təbriz səfərinə hazırlaşır (+FOTOLAR) 03:33, 20 oktyabr 2019
Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar (+FOTOLAR) 03:21, 20 oktyabr 2019
Gömrük Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd edilib (+FOTOLAR) 03:13, 20 oktyabr 2019
ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçildi (+FOTOLAR) 14:07, 18 oktyabr 2019
Ruslan Mollayev " Payız " (+FOTO)14:00, 18 oktyabr 2019
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır (+FOTO) 13:42, 18 oktyabr 2019
“UniTalks”: Dizaynda insan psixologiyası13:31, 18 oktyabr 2019
Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Xəmsə"sinin təqdimatı keçirilib (+FOTOLAR) 12:25, 18 oktyabr 2019
Gülağa Tənhanın jurnalistlərlə görüşü 23:14, 17 oktyabr 2019
"Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün seminar keçirilir (+FOTOLAR) 16:34, 17 oktyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə