Təqvim
Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar artırılacaq
20 sentyabr 2019 - 13:25

2020-ci ilin dövlət büdcəsinin böyük bir hissəsi - təxminən 40 faizi sosial sahəyə yönəldiləcək. Bununla da Azərbaycanın büdcəsi sosial yönümlü və sosial tutumlu olur.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bildirib ki, 2020-ci il Azərbaycan dövlətçiliyi tarixində sosial məqsədlərə ən çox vəsait ayrılan il kimi tarixə düşəcək.

H.Rəcəbli əlavə edib ki, bununla da 2020-ci ilin büdcəsindən əməkhaqları, müavinətlər, pensiyaların artırılması nəzərdə tutulur.

“Bu il Cənab Prezidentin sərəncamları ilə müavinətlər, pensiyalar, maaşlar artırıldı. Gələn il də belə gözləntilər var”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.

Aqşin Kərimov

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" III hissə15:00, 02 iyun 2020
Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi 17:33, 01 iyun 2020
Bakı Metropoliteni QSC:Uşaqlar günü metropolitendə qeyd olunur 17:32, 01 iyun 2020
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür 17:31, 01 iyun 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən uşaqlarla bağlı təsirli videoçarx17:29, 01 iyun 2020
Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı 17:26, 01 iyun 2020
Gülağa Tənha 1 İyun15:00, 01 iyun 2020
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" VIII / II hissə13:00, 31 may 2020
"Kimdir müqəssir” əsərini mövcud vəziyyətlə bağlı online məşqləri gedir - Ə.Haqverdiyev-15017:22, 30 may 2020
Abşeronda it döyüşdürən şəxslər ələ keçdi - RƏSMİ17:19, 30 may 2020
“Rusdilli məktəblərin sayının artırılması müstəqilliyimizə təhlükə yaradır” – Sabir Rüstəmxanlı17:16, 30 may 2020
Bu yerlərdə maska taxmasanız cərimələnəcəksiniz 17:12, 30 may 2020
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb 17:10, 30 may 2020
“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir 17:08, 30 may 2020
Qaradağ sakinləri də 1 saylı DOST mərkəzinin xidmətlərindən faydalana biləcək 17:06, 30 may 2020
Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur 17:03, 30 may 2020
Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Masallı rayonunda səyyar xidmətə başlayıb 17:02, 30 may 2020
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 17:00, 30 may 2020
Azay Guliyev: “Ermənistanın Şuşa təxribatı Azərbaycan xalqının qəzəbinə və müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 16:59, 30 may 2020
Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya 16:53, 30 may 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə