Təqvim
Özbəkistanın qədim Xivə şəhərində “Rəqsin sehri” Beynəlxalq Festivalda Azərbaycan rəqs kollektivi qran-pri mükafatına layiq görülüb (+FOTOLAR)
19 sentyabr 2019 - 02:23

Canveten.az xəbər verir ki, “Rəqsin sehri” adlıBeynəlxalq Festivalda dünyanın 20 ölkəsindən, habelə  Özbəkistanın regionlarından çoxsaylı rəqs ansamblları iştirak edib.

Ölkəmizi bu festivalda Əməkdar Mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.

Festivalın təntənəli açılış mərasimi  Xivədəki qədim “İçan Kala” Qoruq-muzeyinin “Ata darvaza” giriş qapısının qarşısındakı keçirilib.

İştirakçıları Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov və Xarəzm vilayətinin hakimi Farxod Ermanov salamlayaraq, Festivalın əhəmiyyəti, rəqs sənətinin xüsusiyyətləri, ilk dəfə olaraq Özbəkistanda keçirilən nüfuzlu tədbirdə dünyanın bir sıra dövlətlərinin yaxından iştirak etdiklərini qeyd ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov tədbirdə iştirak etmiş və bədii proqramda çıxış etmişdir. Ölkəmizdə mədəniyyət və incəsənətə dövlət qayığsından danışan P.Zeynalov bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.

Festival çərçivəsində elmi-praktik konfrans, teatrlaşdırılmış şoular, xalq tətbiqi sənət nümunələrinin yarmarkası, Xarəzm yeməklərinin təqdimatı, bu sahələrdə usta dərslərinin keçilməssi və digər tədbirlər keçirilib.

Azərbaycan rəqqasları festivalda üç milli rəqsimizi ifa ediblər.

Sonuncu gün keçirilən Qala-Konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın ali mükafatı-Qran-Priyə layiq görülüb.

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə