Təqvim
“Sənə görə gic kimi...” üçün bir araya gəldilər - FOTOSESSİYA
26 avqust 2019 - 14:29

Müğənnilər Gülruh Nəcəfova ilə Fərid Şərifov kamera qarşısına keçiblər.

AZpress.AZ xəbər verir ki, şəkilləri sosial şəbəkədə paylaşan G.Nəcəfova bu fotoların hansı məqsədlə çəkilməsi haqda məlumat yerləşdirməyib. O, yalnız “sənə görə gic kimi” sözlərini yazıb.

Fotoların yayılması sosial şəbəkə izləyicilərinin çoxsaylı sualları ilə qarşılanıb. Bəziləri birgə konsert, bəziləri duet, digərləri isə fotoların klipdən olduğunu yazıb.

Məsələ ilə bağlı G.Nəcəfovanın mətbuat katibi ilə əlaqə saxladiq. O, yaxın zamanda mediaya bu haqda geniş məlumat veriləcəyini bildirdi.

Qeyd edək ki, fotolar fotoqraf Səbuhi İmansoya məxsusdur.

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə