Təqvim
Sosial Tədqiqatlar Mərkəzində Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş geçirilib (+FOTOLAR)
08 avqust 2019 - 14:38

Canveten.az xəbər verir ki, 05 avqust 2019-cu il tarixində, Sosial Tədqiqatlar MərkəzindəAzərbaycanda səfərdə olanÇin Sosial Elmlər Akademiyasının (ÇSEA-CASS),Siyasi Elmlər İnstitutunun direktoru,Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü, “Social Sciences Abroad” ( “Xaricdə Sosial Elmlər”) jurnalının baş redaktoru,professor,  Zhang Shuhuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş geçirilib.GörüşdəKonfutsi İnstitutunun(ADU)  direktoru Rafiq Abbasov, Çin tərəfindən Konfutsi İnstitutunun  direktoru Li Jihua iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin Sədri, millət vəkili Zahid Oruc nümayəndə heyətini salamlayaraq, görüşün həm iki ölkə arasında mövcud olan elmi əməkdaşlıq və dostluq münasibətlərinə, həm də, sosial tədqiqatlar sahəsində birgə fəaliyyət göstərmək məramına xidmət etdiyini vurğulamışdır. Dövlət başçımız prezident İlham Əliyevin bu ilin aprel ayında  Çin paytaxtında keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirakının ölkələrimiz arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini xatırladıb. Mərkəzin İdarə Heyətinin Sədri görüşün həmçinin, dünyanın ikinci iqtisadi gücü kimi Çin təcrübəsinin və eyni zamanda Cənubi Qafqazın ən islahatçı və inkişaf edən dövləti olan Azərbaycanın siyasi, iqtisadi  sahədə islahatlarla bağlı təcrübəsinin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətini vurğuladı.Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT)“Dialoq üçün tərəfdaş” statusuna malik olduğunu,Çinin “Bir kəmər və bir yol” qlobal layihəsi çərçivəsindəfəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Mərkəz rəhbəri sosial tədqiqiatlar sahəsində qarşılıqlı elmi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini də qeyd etdi.

STM İdarə Heyətinin sədri rəhbərlik etdiyi Mərkəzin  fəaliyyət istiqamətləri    haqda ətraflı məlumat verdi.

Çin Sosial Elmlər Akademiyasının Siyasi Elmlər İnstitutunun direktoruprofessor Zhang Shuhua-rəhbərlik etdiyi nümayəndə heyətində, bir neçəixtisaslaşmış  akademik institutun, həmçinin Sosiologiya institutunun əməkdaşlarının təmsil olunduğunubildirdi.ÇSEA haqda məlumat verərək, onun1977-ci ildə yaranmasını, hazırda burada 37 elmi tədqiqat institutunun, 4000 tələbənin təhsil aldığı Universitetin və 5 nəşriyyatın olması haqqındaməlumat verdi.

Çin dövlətinin  sosial siyasəti, sosial islahatlar proseslərinin dinamikası sahəsində dünyada özünəməxsus təcrübəsinin xüsusiyyətlərindən bəhs olundu və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşün sonunda STM və CSEA  arasında elmi əməkdaşlığın perspektivləri, birgə tədqiqat layihələrin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirildi və bu istiqamətdə konkret fəaliyyət planının hazırlanması təklif olundu.

Siyasi Elmlər İnstitutunun direktoru,professor   Zhang Shuhu STM İdarə heyətinin sədri Zahid Orucu Çin Sosial Elmlər Akademiyasına elmi ezamiyyətə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.

 

 

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə