Təqvim
Qarabağ qazisinin qanını pulla “yumaq” istəyirlər ! – SƏRT REAKSİYA
03 avqust 2019 - 12:49

 Ötənlərdə paytaxt Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə Dövlət Yol Polisləri (DYP) əməkdaşları cəlb olunub, sürücü saxlanılıb. Amma bu işdə müxtəlif müəmmalar ortaya çıxıb. İddialara görə, Qarabağ qazisinin ölümünə səbəb olan M.Bəşirov saxlanılsa da, o, külli miqdarda rüşvət verib, Qarabağ qazisinin qanını pulla “yumağa” çalışır,xatırladaq ki, Qarabağ qazisini qətlə yetirən cinayətkar hal-hazırda azadlıqdadır. Əlbəttə, bu hal Qarabağ qazisinin ailəsi, yaxınları və eləcə də Azərbaycan ictimaiyyətində ciddi narazılıqlara yol açıb. 
Amma söhbət Qarabağ qazisindən gedirsə, məsələ xeyli kövrəkləşir və ya gərgin fazaya, müstəviyə keçir. Axı bu ölkənin, bu vətənin müstəqilliyinin qorunması uğrunda sinəsini düşmən gülləsi qarşısında sipər edən bir qəhrəmanın qanını necə batırmaq olar? Axı M.Bəşirov kimiləri və onu himayə edənlər niyə unudurlar ki, Azərbaycan kimi hüquqi, demokratik bir ölkədə yaşayırlar. Ölkə başçısı cənab İlham Əliyev bu məsələyə dəfələrlə xüsusi diqqət çəkərək bütün ölkə ictimaiyyətini Qarabağ qazilərinə, şəhid ailələrinə həssasiyyət nümayiş etdirməyə çağırıb.

Hətta bu kateqoriyadan olan insanlara məxsusi diqqət və qayğının göstərilməsi ilə bağlı məmurların, iş adamlarının qarşısına sərt tələblər qoyub. Necə ola bilər ki, külli miqdarda vəsait verərək dinc şəraitdə hərbi xidmət çəkməkdən boyun qaçıran M.Bəşirov ərazilərimizin bütövlüyü uğurunda canını sipər etmiş,erməni gülləsindən qurtulmuş,ancaq M.Bəşirovun hədəfinə tuş gələrək qətlə yetirilmiş qazinin qanını pulla yumağa çalışsın?! Bunu nə Allah götürər, nə qanun, nə də bəndə…

Azərbaycan kifayət qədər hüquqi, demokratik və müstəqil ölkədir. Ölkə isə ayrı-ayrı imkanlı fərdlərin istəyi və ya təklif etdiyi rüşvətlə deyil, konstitusiyanın müəyyən etdiyi qanunlarla idarə olunur. Bu ölkənin qanunlarını pozmağa cəhd göstərmək onun “Ana Yasa”sını ayaqlar altına atıb tapdalamaqdır. Bu mənada inanırıq ki, Azərbaycanın Daxili İşlər Nazirliyi də Prezidentin apardığı siyasi kursun tələblərinə uyğun olaraq, rüşvəti deyil, vətəndaş amilini, Qarabağ və Qarabağ qazisi faktorunu əsas tutub, həssas və vicdanlı davranacaq. Məsələnin ədalətli və obyektiv həllinə töhfə verəcək. Yəni Qarabağ qazisinin ölümünə səbəb olan şəxsə qanunun tələblərinə uyğun layiqli cəza kəsəcək.

Yuxarıda Qarabağ qazisinin ölümünə fərman verən M.Bəşirovun hərbi xidmət keçmədiyini söylədik. Biz də bu məhz məsələdən yola çıxaraq ümumiyyətlə, M.Bəşirovun kimliyi ilə maraqlandıq. O və onun himayədarları ilə bağlı çox mübhəm, müdhiş məlumatlar əldə etdik. 
Məlumatlarda da qeyd olunur ki, Qarabağ yolunda əlil olmuş, mərhum A. Məmmdovu qətl edən M.Bəşirov rüşvət və korrupsiya yolu ilə özünü hərbi xidmətdən saxladıb. O, haram yollarla milyonlara sahib olan, yüngül həyat tərzi keçirən bir şəxsdir. M.Bəşirov və atası Bəşirov İlqar Karlen oğlu (red - yəni erməni əsilli) xaricdən qaçaqmalçılıq yolu ilə mal gətirirlər. Onlar bir neçə dəfə cinayətlər törətsələr də, sonda sudan “quru” çıxamağı bacarıblar. Çox çəkməz ki, son hadisə ilə bağlı da "bəraət"alarlar. Çünki M.Bəşirovun atası İ.Bəşirov yalnız Çindən rüsumsuz mal gətirməklə, sonra isə onu baha qiymətləndirərək milyonlarla pul yumaqla və s. yollarla "qazanır".

Təkcə bir banka M.Bəşirovun anasının adına yarım milyon pul yatızdırıblar. Bundan başqa bir neçə bankda böyük məbləğdə pulları var. Məsələn, onların Sumqayıtdakı villasında müxtəlif yollarla gizlədib satdığı təhlükəli, zəhərli qazdan nələr qazandıqlarını bir Allah bilir. M.Bəşirov nişanlandığı qıza və ailəsinə kələk gələrək külli miqdarda pul “atıb” və buna görə, nişanı qayıdıb. Hətta M.Bəşirovun xalası Emilya bir neçə adama külli miqdarda pul “atdığına” görə, həbsdədir.

Sözümüzün qüvvəti olaraq onu da əlavə edək ki, M.Bəşirovun atası İ. Bəşirovun digər əlbir olduğu qohumu, bibisi oğlunun da adı qara və ya qaranlıq işlərdə çəkilir. Belə ki, Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən binanın üzlənməsi işində İ. Bəşirov və onun həm bibisi oğlu, həm də şəriki olan Miryusifin birbaşa əli var. Sözügedən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) baş vermiş məşum və faciəvi yanğın hadisəsindən sonra Miryusif həbsə alındı, amma İ.Bəşirov Türkiyəyə qaçıb gizlənib. Və yolla cinayət məsuliyyətindən yayına bilib.

Sonra da rüşvət verərək cəzadan kənarda qaldı. Belə bir mafioz şəxsin pul verərək hərbi xidmətdən saxlatdırdığı, eyni zamanda pulla diplom alıb, “şəxsiyyət” qayırmaq istədiyi M.Bəşirovun həbsə alınmasına heç bir vəchlə imkan verməz. Onun sayı-hesabı olmayan sərvətə, villalara, maşınlara sahib olması Qarabağ qazisi ilə bağlı məsələdən də “üzü ağ” çıxacaqları ehtimalını yaradır. Amma bu işdə qanun işləyərsə, cəmiyyətdə insanlar ortaya vətəndaş mövqeyi qoyub, cinayətkarın həbsini tələb edərlərsə, o qatilin həbsinə nail olmaq mümkün olacaq. Çünki öldürülən bizim və ya övladlarımızın bu günü, gələcəyi üçün canını düşmən gülləsinin qabağına verən Qarabağ savaşçısıdır.

Biz də bu faktoru rəhbər tutaraq məsələ ilə bağlı Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədovun fikirlərini öyrəndik. Məlum vəziyyəti kəskin tənqid edən Qarabağ qazisi bizimlə söhbətində bunları qeyd etdi:

“Qarabağ əlillərinə qarşı olan haqsızlıq polis orqanlarında ciddi rüşvətxorluq və korrupsiya amillərinin olmasında irəli gəlir. Polis pul alıb baş vermiş hadisəni şəxsi maraqları naminə gizlətmək istəyir. Ən böyük biabırçılığımız da bax budur. Ümumiyyətlə, belə hadisələr baş verən zaman Qarabağ əlillərinin özləri və ailələri bizə müraciət etdikdə onları ciddi müdafiə edərək istənilən nəticəyə nail olmağa çalışırıq.

Amma təəssüf ki, rəhmətə gedən şəxsin ailəsi bizə müraciət etməyib. Biz də hadisənin baş verdiyini mətbuatdan öyrəndik. Bizə müraciət etsəydilər, əlimizdən gələn köməklikləri edər, rüşvətxorluğa qarşı sərt mövqe sərgiləyib nəticə əldə edə bilərdik. Sizinlə əlaqələri varsa, deyərdiz ki, bizə müraciət etsinlər. Kimliyindən asılı olmayaraq bu cür cinayətlərin ört-basdır edilməsi gələcəkdə daha ağır hadisələrin baş verməsinə səbəb olur. Bu, ölkəmizdə çox ciddi və ağrılı bir problemdir”.

“Necə ola bilər ki, vətən uğrunda döyüşən bir adamın qanını batırmaq istəsinlər” sualına gəlincə, F.Məmmədov qeyd edib ki, istintaq işini aparan şəxs kimdirsə, onun vətənə heç bir bağlılığı yoxdur:

“Deməli, bu insan şəxsi maraqlarına görə, bu vətəni, torpağı, torpaq uğrunda qanını axıdan qazini pula satmağa tam bərabərdir. O insan üçün satılmayan heç bir mənəvi və maddi dəyər yoxdur.

Çünki dövlət başçısı son görüşündə qazilərə “Siz mənim qardaşlarımsız” dedi. Əslində bu çıxışlar bizə olan münasibətin kökündən dəyişməsinə səbəb olur. Lakin aşağı qurumların da belə davranış sərgiləməsi yaxşı olardı.

Yalnız Prezidentimiz və Birinci xanımdan belə davranışlar gözləmək düzgün deyil. Hər kəs üzərinə düşəni yerinə yetirməli, vətənə, torpaq uğrunda şəhid olan qaziyə sevgisini təsdiq etməlidir”.

Məsələyə münasibət bildirən millət vəkili Elman Məmmədov da söyləyib ki, Qarabağ qazilərinə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır:

"Qarabağ qaziləri Azərbaycan üçün hər zaman dəyərlidirlər. Dövlətimiz hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğı göstərir. Bu kateqoriyadan olan insanlar daim dövlət başçısının diqqəti mərkəzindədir. İnanıram ki, son olayla bağlı da Azərbaycanda qanunun keşiyini çəkən hüquq-mühafizə orqanları ədalətli və obyektiv iş aparacaq. Cinayət varsa, cəza da olmalıdır”. 

REDAKSİYA QARŞI TƏRƏFİN DƏ MÖVQEYİNİ YAYIMLAMAQA HAZIRDIR !
( mturan281990@gmail.com )
 

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
ELM
" XƏZƏR " Oxuyur Azər Zeynalov 17:14, 17 avqust 2019
“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb (+FOTOLAR, +VIDEO) 00:53, 17 avqust 2019
Əlahiddə Ümumqoşun Orduda artilleriya və minaatan bölmələri yoxlanılıb (+FOTOLAR, +VIDEO) 23:44, 15 avqust 2019
Müdafiə naziri ön xətt bölmələrində olub - (ViDEO+FOTO)19:06, 15 avqust 2019
Əlahiddə Ümumqoşun Orduda zabitlərlə təlim-metodiki toplantı keçirilib - (ViDEO+FOTO)17:38, 15 avqust 2019
Gülağa Tənha - Muğam klubda keçirilən yaradıcılıq gecəsinin ümumi görüntüləri16:41, 15 avqust 2019
İlk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb. ( +FOTO=3 )17:27, 14 avqust 2019
Aleksandr İvanovun Gülağa Tənha (Gülağa Qəmbərov) haqqında... (+ViDEO)16:32, 14 avqust 2019
Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR - XI (DAVAMI) 14:11, 14 avqust 2019
Xalq şairi Qabil böyük satirik şairimiz M.Ə.Sabir və xeyriyyəçi-şair Gülağa Tənhadan yazdı... 14:56, 13 avqust 2019
“Dəniz kuboku - 2019” müsabiqəsində artilleriya atışları yerinə yetirilib - (ViDEO+FOTO=6)16:18, 12 avqust 2019
Yarmarkalarında qurbanlıq heyvanlar 160-180 manata satılır 16:10, 12 avqust 2019
“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyil15:52, 12 avqust 2019
Yuxusuzluq sindromundan xilas olmağın yolu 14:27, 12 avqust 2019
Gülağa Tənha - Azər Zeynalov Sarı bülbül 13:09, 12 avqust 2019
Millimiz dünya çempionatına 22 güləşçi ilə yollanacaq - HEYƏT02:30, 11 avqust 2019
Allahşükür Paşazadə Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik edib 02:22, 11 avqust 2019
Zaqatala rayonunda zəlzələ olub YENİLƏNİB02:17, 11 avqust 2019
Quru meyvələrin tərkibi vitaminlərlə zəngindir 02:00, 11 avqust 2019
"Qanunsuz tikililərə görə kompensasiya ödənilməsi düzgün deyil" - FƏZAİL AĞAMALI23:47, 10 avqust 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə