Təqvim
Dövlət Gömrük Komitəsinin Akademiyası “Məzun Günü” keçirib (+FOTOLAR)
11 iyul 2019 - 12:57

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasını 2018-2019-cu tədris ilində bitirən tələbələr üçün “Məzun Günü” keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və idarə rəisləri, Akademiyarəhbərliyi, dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, bir sıra ali təhsil müəssisələrinin rektorları və  valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev  çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən davamlı inkişaf strategiyası nəticəsində  bütün sahələrdə olduğu kimi, təhsil sistemində mütərəqqi islahatlar, innovativ yeniliklər reallaşdırılır, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının beynəlxalq standartlara uyğun hazırlanması təhsilin keyfiyyət göstəricilərini yüksəldir. Birinci vitse-prezident Mehriban Əliyevanın elmə, təhsilə verdiyi dəstəyi də xüsusi  vurğulayan  Səfər Mehdiyev qeyd edib  ki, bu gün gənclərimiz istənilən ali təhsil müəssisələrində  müasir standartlara uyğun şəkildə təhsil ala bilirlər.

   Komitə sədri Dövlət Gömrük Komitəsinin Akademiyasının  sayca ikinci məzun gününü qeyd etməsini, məzunların ən mötəbər universitetlərdə magistr pilləsinə qəbul olunmasını yüksək qiymətləndirib və istər təhsil, istər gələcək karyeralarında vətənə, müstəqil dövlətimizə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

  Bu ali təhsil ocağının uğurlarından söz açan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bildirib ki, Akademiyanı 45 məzun bitirir və əksəriyyəti  qəbul zamanı 600-dən çox bal toplayıb.

   Akademiyanın rəisi qeyd edib ki, sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi gömrük orqanlarında da köklü islahatlar aparılır və bu islahatların uğurla reallaşdırılmasında ixtisaslı kadrlara da ehtiyac var.  Bu  baxımdan da Dövlət Gömrük Komitəsinin Akademiyası  insan kapitalının yetişdirilməsi yolunda mühüm bir  misiyanı yerinə yetirir.

  Qulu Novruzov Akademiyada yüksək təhsil mühitinin yaradılmasına  görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik  Ziyad Səmədzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxış  edərək 5 il əvvəl fəaliyyətə başlamasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının qısa zaman kəsiyində ölkənin nüfuzlu təhsil ocaqlarından birinə çevrildiyini vurğulayıb, gələcəkdə yeni nailiyyətlər əldə olunacağına əminliklərini ifadə edib və məzunlara uğurlar arzulayıblar.

Daha sonra məzunlara diplomlar təqdim olunub.

Akademiya birincisi olan  "Hüquqşünaslıq" ixtisası üzrə məzun Böyükağa Qasımov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən təltif edilib.

 “Tələbəlik illəri ərzində aktiv fəaliyyətinə görə” isə  5   məzun mükafatlandırılıb.

  Məzunlara rəmzi diplomlarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri İsa Həbibbəyli, millət vəkillləri-Nizami Cəfərov, Vahid Əhmədov, Elman Nəsirov, Fazil Qəzənfəroğlu, Musa Qasımlı, Qənirə Paşayeva, Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov təqdim ediblər.

  Sonra “Məzun Günü” bədii hissə ilə davam edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
Lənkəran-Astara regionu üzrə Spartakiada keçirilir – MASALLIDA 18:39, 23 may 2024
HÜNƏR QALASI 22:41, 22 may 2024
“Azad, firavan yurdum” – Masallıda tədbir 16:49, 22 may 2024
Masallıda partiya veteranları ilə görüş keçirilib 17:45, 21 may 2024
Masallıda qanvermə aksiyası keçirilib 17:12, 21 may 2024
Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb 18:54, 19 may 2024
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə