Təqvim
“Realmadrid” Azərbaycan Məktəbinin növbəti uğuru (+FOTOLAR)
06 iyul 2019 - 13:33

“Realmadrid Fondu”nun Azərbaycan Futbol Məktəbinin yığma komandası 24-28 iyun tarixlərində beynəlxalq turnirdə iştirak edib.  

Əfsanəvi macar futbolçu Ferents Puşkaşın xatirəsinə həsr olunan ənənəvi “COPA – Alma 2019” kuboku uğrunda yarışlarda Azərbaycanla yanaşı, 7 ölkənin -  Rusiya, Rumıniya, Bolqarıstan, İspaniya, Portuqaliya, Ukrayna və Macarıstan təmsilçiləri mübarizə aparıb.

“Realmadrid Fondu”nun böyük diqqət ayırdığı “COPA – Alma 2019” yenə də yüksək təşkilatçılıq və gərgin yarış proqramı ilə yadda qalıb. Təsadüfi deyil, iyun ayının 24-də keçirilən təntənəli açılış mərasimində fondun beynəlxalq zona üzrə baş meneceri  Rosa Roncal Himenez və Avropa bölgəsi üzrə menecer Elena Fernandez kimi yüksək vəzifəli şəxslər iştirak ediblər.Reqlamentə və “Realmadrid Fondu”nun tələblərinə əsasən hər bir komandanın heyətinə oğlanlarla yanaşı, qızlar da daxil edilib.  Azərbaycan Sosial Futbol Məktəbinin komandasının tərkibində 2004-2007-ci il təvəllüdlü 7 oğlan və 3 qız yer alıb.      

Portuqaliya iki komanda ilə mübarizəyə qoşulduğuna görə, tədbirdə ümumilikdə 9 məktəbin yetirmələri qüvvəsini sınayıb. “Ferents Puşkaş Akademiyası”nın stadionunda və təlim-məşq meydançalarında keçirilən turnir iki mərhələdən ibarət olub. İyunun 25-də fərqli ölkələri təmsil edən uşaqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət edən  “İnteqrasiya Turniri” start götürüb. “Hörmət”, “Motivasiya” və “Bərabərlik” adlanan 3 liqada bütün iştirakçılar qarışıq komandalarda fərqli məqsədli futbol nümayiş etdiriblər.

Ertəsi gün isə yarışların əsas mərhələsi – “İdman oyunları” başlayıb. Burada püşk nəticəsində 3 qrup formalaşdırılıb. Azərbaycan yığması Rusiya, Bolqarıstan və Portuqaliya komandaları ilə görüşüb. Komandamız Rusiya ilə görüşdə qapısından 4 cavabsız top buraxıb. Bolqarıstana isə 6-1 hesabı ilə məğlub olub. Nəhayət, futbolçularımız sonuncu matçda Potuqaliya ilə qolsuz heç-heçə edərək ilk xalını qazanıb. Əsasnaməyə görə, qrupda tutulan yerlərə uyğun olaraq növbəti mərhələdə məktəbimizin təmsilçiləri digər  qrupların sonuncuları ilə qarşılaşmalı olub. Portuqaliya (ikinci təmsilçi) (1-0) və Rumıniya (11-0) komandası ilə oyunlarda qələbə qazanan həmyerlilərimiz ikinci qrupda qalib olub. Yekunda ümumi xallara görə  4-cü olan “Realmadrid Fondu”nun Azərbaycan Futbol Məktəbi “Self-Esteem” nominasiyasına görə də xüsusi mükafatla – kubokla mükafatlandırılıb.

Qeyd edək ki, xallar oyunların nəticəsinə (qələbə 3 xal, heç-heçə 2 xal, məglubiyyət 1 xal), RESPECT göstəricilərinə görə və hər bir komandanın özünün və rəqibinin verdiyi qiymətlərə görə müəyyən edilib.

İstedadların yarışı

“COPA – Alma 2019”da uğurlarımız bununla yekunlaşmayıb. Turnirdən sonra uşaqların idmandankənar bəddi yaradıcılıq imkanlarını üzə çıxarmaq məqsədi daşıyan “GOT Talent Show” layihəsi üzrə yarışlar  keçirilib. Səhnələşdirilmiş şoudan ibarət olan və hər iştirakçı komandaya ən azı 3 dəqiqə çıxış imkanı verən əyləncəli tədbirdə öz bacarıqlarını nümayiş etdirən komandamızın üzvləri ümumi hesabda 2-ci yerə layiq görülüb. Milli geyimdə səhnəyə çıxan futbolçularımız ifa etdikləri rəqslərlə tamaşaçıların rəğbətini qazanıblar. Birinci yer isə Ukrayna komandasının olub.

Xatırladıq ki, Gənclər və İdman Nazirliyinin və “Realmadrid Fondu”nun birgə layihəsi olan Azərbaycan Sosial Futbol Məktəbi 2013-cü ildən fəaliyyət göstərir. 6 il əvvəl imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, yaradılan məktəb “Realmadrid Fondu”nun MDB məkanında birinci, Avropada səkkizinci layihəsi olub. 2013-2017-ci il tədris müddətini əhatə edən ilk mərhələdə görülən işlərin uğurlu olması ilə əlaqədar tərəflər əməkdaşlığı davam etdirmək qərarına gəliblər. Layihənin əsas tərəfdaşları Gənclər və İdman Nazirliyi ilə “Realmadrid Fondu”dur. 2018-ci ilin yanvar ayında yeni əməkdaşlıq müqaviləsi imzalanıb və məktəbin fəaliyyət müddəti daha 5 il uzadılıb. 

Sosial şəbəkələrdə paylaş:
Bakı Slavyan Universitetində “Son iclas” filmi onlayn formada nümayiş etdirilib 19:19, 29 may 2020
Milli musiqi alətlərimiz mövzusunda növbəti mühazirəni size teqdim edirik: Qolça Qopuz aləti19:15, 29 may 2020
Nüşabə acınacaqlı vəziyyətə düşən Nurlanı qınadı: “Toy müğənnilərini bəyənmir, bizdən yardım istəyir” - VIDEO19:10, 29 may 2020
Adi çay qaşığı ilə sağlamlığı necə yoxlamalı?– Evdə 2 dəqiqəlik TEST19:07, 29 may 2020
“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda respublika virtual elmi konfransı keçiriləcəkdir 19:00, 29 may 2020
“Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcəkdir 18:48, 29 may 2020
Dünya azərbaycanlıları birlik və bərabərlik himnimizi ifa ediblər 18:35, 29 may 2020
13-cü "Tələbə baharı" onlayn keçirildi 18:25, 29 may 2020
Oynaqlardan,boyundan duzu çıxaran, ostexondroza qarşı - SİBİR RESEPTİ16:40, 29 may 2020
İ.İbrahimova: “Ağac kəsənlər ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar" 16:38, 29 may 2020
Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub 16:34, 29 may 2020
Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı 16:24, 29 may 2020
Gülağa Tənha Hər zaman maliyə dəstəyi ayırmağa hazıram...13:43, 29 may 2020
28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 19:00, 28 may 2020
Astarada əkin sahəsində top mərmisi tapılıb 18:56, 28 may 2020
Ağdaşda 1 tondan çox narkotik bitki yandırılıb 18:18, 28 may 2020
Göygöl rayonunun Quşçu kəndi ərazisində top mərmisi aşkarlanıb 18:08, 28 may 2020
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib 17:51, 28 may 2020
Quruluş Məhəmməd Əmin.. 17:46, 28 may 2020
Azərbaycan Texniki Universitetinin televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb17:33, 28 may 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə