Təqvim
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsində YUNESKO- Azərbaycan əməkdaşlığı mövzusunda elmi-praktik konfrans keçirildi (+FOTOLAR)
05 iyul 2019 - 11:42

Canveten.az xəbər verir ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində ölkəmizdə keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına həsr edilmiş elmi-praktik konfrans keçirildi. Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarənin tabeçiliyində fəaliyyət göstərən müəssisələrin mədəniyyət işçiləri iştirak etdi. 

Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov 30 iyun-10 iyul tarixləri arasında paytaxtımızda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizin siyasi-ictimai həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini qeyd edərək Azərbaycan – YUNESCO əməkdaşlığında Ulu Öndər Heydər Əliyevin rolundan, dahi şəxsiyyətin uğurlu siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin mədəni irsimizin qorunub saxlanması, təqdimatı, təbliği istiqamətində xidmətlərindən geniş bəhs etdi. Natiq qeyd etdi ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu uğurda ölkə başçısının və birinci vitse-prezident,YUNESCO- nun Xoşməramlı Səfiri Mehriban Xanım Əliyevanın da müstəsna xidmətləri danılmazdır. Hazırda Azərbaycandan YUNESCO- nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalça toxuculuğu, Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma üsulu, qadın baş örtüyü kəlağayının düzəldilməsi, Lahıc misgərlik sənəti, lavaş, dolma, kamança, Dədə Qorqud dastan mədəniyyəti, nağılları və musiqisi, Qarabağ atı ilə oynanılan Çövqan atüstü oyun, Naxçıvanın ənənəvi qrup rəqsləri-yallı, köçəri, tənzərə olmaqla 13 qeyri-maddi mədəni irs nümunəsi daxildir. Bu gün tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. 
Konfransda həmçinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Tovuz rayon MKS-nin Abulbəyli kənd kitabxana filialının əməkdaşı Leyla Alyarova çıxış edərək, bu layihənin paytaxtımızda həyata keçirilməsinin ölkəmizin dünya miqyasında artan nüfuzunun bariz göstəricisi olduğunu qeyd etdilər.

Xeyal Nikbin Nagiyev 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə