Təqvim
Dünyanın yeni kəşf edilmiş ən böyük neft yatağı STP Kabel məhsulları ilə işıqlanacaq (+FOTO)
05 iyul 2019 - 10:18

Canveten.az xəbər verir ki,  Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı Qazaxıstanın Tengiz yatağının elektrik xətlərinin qurulmasıüçün nəzərdə tutulmuş kabel məhsullarının ixracını həyata keçirib. Tengiz yatağı dünyada son dövrlərdə kəşf edilmiş ən iri neft yatağıdır. 

İyun ayının 4-ü və 10-u Tengiz yatağının istismarını həyata keçirən Tengizchevronoil şirkətinin layihəsinin kabel ilə təchiz olunması məqsədilə Texnopark2 müqavilə imzalayıb. Müqavilələrə əsasən STP neft yatağı üçün  ümumi dəyəri  329 min ABŞ dolları olan 55 tona yaxın  mis damarlı alçaq gərginlikli kabellərin ixracını həyata keçirməli idi. İxracı nəzərdə tutulmuş məhsulların bir qismi qısa zamanda istehsal olunaraq iyunun 24-ü göndərilib. Məhsulların digər qismi isə yaxın günlərdə Qazaxıstana ixrac ediləcək. Tengiz neft yatağı üçün qarşıdan gələn aylarda  yeni kabel satışı müqavilələrinin bağlanması da nəzərdə tutulur. 

Ümumiyyətlə  2019-cu il ərzində, STP-nin kabel məhsullarının satışı həm yerli, həm də beynəlxalq bazarlarda önəmli dərəcədə artıb.  Belə ki, 2019-cu ilin mart-aprel ayında  STP Respublika tarixinin ən böyük kabel ixracını həyata keçirmişdi.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparklarınyaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib.

Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün  geniş  çeşiddə  məhsullar istehsal edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                              

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, BANK
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə