Təqvim
Ramil Usubov şəxsi heyətə müraciət etdi: "İnanıram ki, Vilayət Eyvazovun rəhbərliyi ilə..."
21 iyun 2019 - 19:36

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib.

Adalet.az-ın məlumatına görə, müraciətdə deyilir: "Əziz həmkarlar! Son 25 ildən artıq bir müddətdə sıralarında çiyin-çiyinə birgə xidmət etdiyimiz daxili işlər orqanları Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq mətinləşmiş, zamanın çətin sınaqlarından şərəflə çıxmış, Vətənə və xalqa xidmət missiyasını sədaqətlə yerinə yetirmişdir. Dövlətin Konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusilə fərqlənərək onun dayaqlarından birinə çevrilmiş, dəyərli ənənələr yaratmışdır.

Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində daha da inkişaf etmiş, müasirləşmişdir. Qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə qadir olan daxili işlər orqanları bu gün xalqa, Vətənə, dövlətə və andına sadiqliyi ilə seçilir, Zati-alilərinin inam və etimadını doğruldur. Eyni zamanda, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirərək möhtərəm Prezidentin rəhbərliyi altında ölkəmizin ən təhlükəsiz məkanlardan birinə çevrilməsi üçün olduqca əhəmiyyətli bir fəaliyyət ortaya qoyur.

 

Ölkə Başçısının cari ilin iyun ayının 20-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunmağımla bərabər, uzun illər birlikdə çalışdığım, xalqına, dövlətinə, Prezidentinə bağlılığı və sədaqəti, böyük peşəkarlığı, idarəçilik və rəhbərlik bacarığı ilə seçilən nazirin birinci müavini polis general-leytenantı Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi məni xüsusilə sevindirdi.

İnanıram ki, Siz, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bundan sonra da doğma Azərbaycana əzmlə xidmət edəcək, sabitliyin, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracaqsınız. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, xalqımızın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələr verəcəksiniz.

 

Fəxr edirəm ki, respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olunmasında nazir kimi mənə hər zaman yardımçı oldunuz, cəmiyyətdə polisin və Daxili Qoşunların nüfuzunun yüksəlməsi üçün səy və bacarığınızı əsirgəmədiniz. Gecəli-gündüzlü, yorulmaz və fədakar xidmətiniz daxili işlər orqanlarına xalqımız qarşısında şərəf və başıucalıq gətirdi. Bütün bunlara görə Sizin hər birinizə dərin təşəkkürümü bildirir, möhkəm can sağlığı, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə yeni-yeni uğurlar arzulayıram".

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır (+FOTOLAR) 17:49, 18 noyabr 2019
Əməliyyat təliminin son mərhələsi keçirilib (+FOTOLAR, +VIDEO) 16:01, 18 noyabr 2019
Botanika İnstitutunun əməkdaşları Şəkidə fenoloji tədqiqatlar aparıblar (+FOTOLAR) 11:19, 18 noyabr 2019
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib (+FOTOLAR,+VIDEO) 02:04, 16 noyabr 2019
Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir (+FOTOLAR, +VIDEO) 01:43, 16 noyabr 2019
Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir (+FOTOLAR,+VIDEO) 01:21, 16 noyabr 2019
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib (+FOTOLAR) 00:47, 16 noyabr 2019
İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib (+FOTOLAR) 19:24, 15 noyabr 2019
İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib (+FOTOLAR) 17:55, 15 noyabr 2019
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub (+FOTOLAR) 12:08, 15 noyabr 2019
Nərimanov rayonunda “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib (+FOTOLAR) 11:59, 15 noyabr 2019
Azərbaycan "Özbəkistan bizim ümumi evimizdir" Festivalında təmsil olunub (+FOTOLAR) 11:50, 15 noyabr 2019
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub (+FOTOLAR) 11:41, 15 noyabr 2019
Əməkdar Artist İlham Nəzərovun “Qu quşunun nəğməsi” albomu Fransada ilin ən yaxşı təfsirçisi kateqoriyasında qalib seçildi (+FOTO) 01:32, 15 noyabr 2019
“Sərhədsiz muzey” (+FOTOLAR) 01:16, 15 noyabr 2019
Özbəkistanda Azərbaycan-Özbəkistan dostluğuna aid “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib (+FOTOLAR) 01:18, 13 noyabr 2019
BDU-da 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub (+FOTOLAR) 18:54, 12 noyabr 2019
Bakı Musiqi Akademiyasında BMA-nın professoru, Xalq artisti, Şöhrət ordenli Yalçın Adıgözəlovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu (+FOTOLAR) 18:47, 12 noyabr 2019
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başladı (+FOTOLAR, +VIDEO) 18:09, 12 noyabr 2019
Mehriban Əliyevadan Bayraq Günü paylaşımı (+VİDEO) 17:34, 12 noyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə