Canveten.az xəbər verir ki, bu gün Biləsuvarda "Narçılıqda aqrotexniki tədbirlər" mövzusunda təlim keçirilib. Təlimçi Zaur Hacıyev tərəfindən kiçik və orta fermerlərin məlumatlandırılması xarakteri daşıyan bu tədbir Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rayonlarda keçirdiyi doqquzuncu təlimidir. Təlimdə 30-dan çox narçı fermer iştirak etmiş və onlar arasında təməl sorğu keçirilmişdir. Tədbir zamanı Kiçik və Orta Biznesin Dostu Departamentinin İnzibati Ərazi Vahidləri üzrə Fəaliyyətin Təşkili şöbəsinin mütəxəssisi Əkbər Şahverdiyev iştirakçılara KOBİA haqqında məlumat vermiş, bu cür təlimlərin keçirilməsində KOBİA olaraq assosiasiyanı dəstəklədiklərini qeyd etmişdir. İcraçı director Yusif Axundov ANİİA-nın məqsəd və fəaliyyələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Təlimin sonunda assosiasiya 18 yeni üzv qəbul edərək üzvlərin sayını 178-ə çatdırmışdır. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025