Təqvim
Möhtəşəm BAYRAQ yürüşü - Sənan Nəcəfov yazır.. (ViDEO+FOTOLAR)
17 iyun 2019 - 19:01

Dövlət Sərhəd Xidmətində 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib.

Dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaldıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xati­rə­sinə və milli dövlətçilik ənənə­lə­rinə sadiqlik­lərini, Prezi­dent İlham Əliyevin Ali Baş Ko­mandanlığı altında xidmət etmək şərəfinin ya­rat­dığı qürur və ifti­xar hisslərini nümayiş etdiriblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə