Təqvim
Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başladı (+FOTOLAR)
14 iyun 2019 - 01:04

Canveten.az xəbər verir ki, iyunun 13-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maersk və IBM şirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan TradeLens-ə qoşulub. Bu məqsədlə ÜGT-nin Bakıda keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində tərəflər arasında görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, Azərbaycan gömrüyü informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verir. Bu məqsədlə innovativ layihələr hazırlayıb, həyata keçirir. Bildirilib ki, TradeLens-ə qoşulmaqla Azərbaycan Respublikasının idxal və ixrac əməliyyatlarının səmərəliliyinin artırılması və təhlükəsizliyinin daha da yüksək səviyyədə təmin edilməsi gözlənilir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hazırda rəqəmsallaşdırma ilə əlaqədar səylərini artırmaq məqsədilə TradeLens-i qəbul etmək və ondan aktiv şəkildə istifadə etmək üçün bütün dünyada çoxsaylı dövlət orqanları ilə əməkdaşlıq etməyə başlayır. Azərbaycan Dövlət Gömrük Komitəsi ölkədə gömrük rəsmiləşdirməsi üzrə bütün aspektlərdə islahatlar aparır və müəyyən edilmiş hədəfə çatmaq üçün innovativ texnologiyalardan istifadə edir. Komitənin əsas məqsədlərindən biri gömrük rəsmiləşdirməsi prosesinin tamamilə avtomatlaşdırılmasıdır. TradeLens böyük bir təchizat zənciri platformasıdır və ticarət sektoru üzrə maraqlı tərəflər üçün etibarlı bir
platformaya çevrilməkdədir.

TradeLens-dən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi TradeLens ekosistemi üzrə hərəkət edən daşımalardakı konteynerlərin tərkibi və prosesdə iştirak edən tərəflər haqqında daha erkən və daha ətraflı məlumat əldə edəcək. Bu isə ölkə daxilində və xaricində həyata keçirilən daşımalar üzrə risklərin daha səmərəli şəkildə qiymətləndirilməsinə, gömrük rəsmiləşdirməsi prosesinin daha sürətli icra edilməsinə, ticarətlə məşğul olanlar üçün yüksək xərc tələb edən öhdəliklərin yüngülləşdirilməsinə və region üzrə ümumilikdə ticarət prosesinin sadələşdirilməsinə imkan verir.

“Bütün dünyada gömrük orqanları malların bir nöqtədən digərinə normal qaydada daşınması prosesində mühüm rol oynayır” - deyə Maersk GTD-nin baş icraçı direktoru və TradeLens-in rəhbəri Mayk Vayt bildirmişdir. “Müasir dövrdə müvafiq qaydada məlumat axınının olmaması daşımaların yoxlanılması prosesi üçün önəmli risklər təşkil edir və bununla bağlı ciddi dəyişikliklər edilməsi olduqca zəruridir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ticarətin rəqəmsallaşdırılması üzrə səylərini daha da ciddi şəkildə artırır və biz bununla əlaqədar birlikdə çalışmağı önəmli hesab edirik.”

Qeyd edək ki, tərəflər arasında görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin TradeLens-ə qoşulması məqsədilə tərəflər arasında sənəd imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Maersk GTD şirkətinin baş icraçı direktoru və TradeLens-in rəhbəri Mayk Vayt imzalayıb.

TradeLens platforması Maersk və IBM tərəfindən birgə işlənib hazırlanmışdır. TradeLens blokçeyn texnologiyası ilə möhkəmləndirilmiş, beynəlxalq daşıma sektoru üzrə böyük şirkətlər tərəfindən dəstəklənən açıq və neytral sənaye platformasıdır. Platforma qlobal təchizat zəncirində daha uğurlu əməkdaşlıqlar qurulması və etibarın artırılması məqsədilə məlumatların səmərəli, şəffaf və təhlükəsiz mübadiləsini təmin edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə