Təqvim
...ölkədə futbol genefondu məhv edilib... - Tahir Süleymanov yazır..(+FOTOLAR)
11 iyun 2019 - 17:47

Piramidanın son pilləsi yaxınlaşdıqca dairə daralır, manevr imkanları azalır. Nə qədər səlahiyyət, vəzifə, var-dövlət olsa da, kömək etmir...

Futbol azarkeş, xalq qarşısında oynanılır, kabinetlərdə gizlətmək mümkün deyil. Ümumiyyətlə futbolu bilənlər, bilməyənlər, hər kəs dərk etməlidir, futbol böyük qüvvədir...

Nə yazıq ki, uzun illərdi Azərbaycan futbolu bilməyənlərin əlindədir. 100 milyonlarla vəsaitin qarşılığında dəlləklik edə-edə ölkədə futbol genefondu məhv edilib.

Artıq əlcək kimi dəyişdirilən məşqçilər, təşkilati "pokazuxa"lar, illəri yola verə-verə başaldatmalar keçmir. Limit tükənib, azarkeşlər kütləvi olaraq oyanıb, yalanlara aldanmır...

Millətlər Liqası fiaskosundan, AFFA-nın növbəti manevrindən sonra yeni biabırçılıqların şahidi olan 7-dən 77-yə kimi hər kəs problemlərin haradan qaynaqlandığını görürlər artıq...

Azərbaycan futbolu məhv edilə-edilə, kiçildilə-kiçildilə 10 minlik stadiona sıxışdırılıb. Millinin son oyununda fanat, azarkeşlər stadionu dolduraraq sona kimi dəstək verdilər...

Bununla yanaşı ölkə futbolunda durumun nə dərəcədə acınacaqlı olduğunun bir daha şahidi oldular. AFFA-nın səfərbərlik "əməliyyatı" bumeranq rolunu oynadı, oynamaqdadı...

Görüşdən sonra federasiyanın feysbuk səhifəsinə göndərilən 1000(!)-dən çox etriraz şərhləri azarkeşlərin səbr kasasını daşırıb.

Sabahkı qarşılaşmaya münasibətdə isə ictimaiyyət arasında fanat, azarkeşlərin kütləvi olaraq AFFA-ya qarşı "istefa" sədaları eşidilir.

Çünki, bir oyunda təsadüfi qələbə belə ümumi futbol yarasına məlhəm ola bilməz...

Bu, çağırış, asayişin pozulmasına cəhdlər deyil, Azərbaycan futboluna ürəyi yanan, potensialını bilən azarkeşlərin emosional, spontan münasibəti, kütləvi reaksiyası, azarkeş ruhunun böyüklüyüdür...

Futboldakı səriştəsiz idarə üsulu, saymamazlıq, özbaşınalıq, cəzasızlıq durumu nə qədər acınacaqlı həddə çatıb ki, heç bir qurumun, qrupun təşkilatçılığı, çağırışı olmadan azarkeşlər birləşərək sözünü deyir.

Azarkeş - xalqdır. Xalqın gözü isə tərəzidir.

İstefa qorxulu bir söz deyil. Əksinə, mədəniyyətdir, məsuliyyətdir, mənəviyyatdır. Təbii, dərk edənlər, futbolda, azarkeş qarşısında cavabdehliyi anlayanlar üçün...

Öz dilimizi düz-əməlli bilməyən, milli ruhu olmayan, rus, ingiliscə düşünüb qıra-qıra danışan əksər federasiya rəsmiləri "istefa" sözündən yaman diksinirlər.

"Otstavka" - vəzifədən könüllü getmək, istefa vermək.

"Resignation" - mövcud durumla razılaşmaq, vəzifədən imtina, istefa.

"Retirement" - geri çəkilmə, işdən ayrılma.

Bunlar hamısı könüllülük xarakteri daşıyır və səmimiyyət, daxili güc, qabiliyyət, reallığı düzgün qiymətləndirmək, ümumi işi daha üstün tutmaq, çoxluğun tələbini qəbul etmək deməkdir...

Gecə-gündüz Avropaya inteqrasiyadan, FİFA, UEFA-nın tələblərindən dəm vuranlar, ölkə futbolunu dağıdanlar bacarıqsızlıqlarını qəbul etmək əvəzinə Avropa istefa mədəniyyətini "unudurlar"...

Futboldakı "mədəniyyət" sahiblərinə istefa mədəniyyəti yaddır!

Əksi baş verəcək... Azarkeşlərin haqlı səslərinə min ad qoyulacaq, qarayaxma kampaniyaları aparılacaq, əl altından planlar qurulacaq, şaiyələr yayılacaq, azarkeşlər arasına virus toxumu səpiləcək, hamı günahkar çıxarılacaq...

Hətta vəziyyəti siyasiləşdirmək cəhdləri də ola, azarkeşlərə "müxalifət" damğası da vurula bilər...

Vəzifələrin itirilməməsi üçün min oyunlardan çıxılacaq. Minlərlə azarkeşin "istefa" şüarına, "yerlərimizə göz tikiblər" kimi cəfəngiyyat, iftira dolu fikirlər yenidən səslənəcək...

Tupikdədilər. Bir tərəfdən bərbad nəticələr, digər tərəfdən də yuxarıda qeyd etdiyim azarkeşlərin ruhları ilə heç kimə qulaq asmadan, heç bir cərəyana qoşulmadan haqq səslərinin ucalması...

Heç kimi ittiham edə, futbol "müxalifət"i damğası vura bilmirlər. Əksinə, azarkeş (xalq) möhtəşəmliyi cəm halında yatmış futbol ictimaiyyətinə səslənir...

İllərdi 1-2 futbol adamı, futbolu, azarkeşləri düşünən KİV nümayəndələrindən başqa hamı susur. Belə durumda təmənnasız azarkeşlər məsuliyyəti öz üzərlərinə götürür...

Futbol tanrısı ilə Azərbaycan azarkeşinin təbii vəhdət təşkil edən mükəmməl ruh birliyi...

AFFA dövlətlə azarkeş (xalq) arasında körpü rolunu oynayır, oynamalıdır. Yaradılan şərait, ayrılan milyonlarla dövlətin, xalqın vəsaiti qarşılığında nəticələrə söykənən möhkəm körpü yaratmaq əvəzinə, uçurum əmələ gəlib, gətirilib...

Dağıdılmış futbol körpüsü haqlı narazılıqlara səbəb olub, bir sahildən digərinə hayqırtı, imdad sədaları səslənir... İstək birdir, Azərbaycanda adına layiq futbolun olması...

AFFA dövlət qurumu deyil. Bununla yanaşı federasiyada təmsil olunan rəhbər heyətin böyük əksəriyyəti dövlət vəzifələrində çalışanlardı.

Və onlar AFFA-ya ona görə göndəriliblər ki, körpü möhkəm olsun, futbolun inkişafına təkan verilsin, təmin edilsin...

Bunun əvəzinə bərbad futbol idarəçiliyi, futbolun çöküşü ilə yanaşı dövlətlə azarkeş (xalq) arasında körpülər köklü klublarımız kimi dağıdılır...

Dövlətin dəstəyilə Avroliqa finalı, qarşıdan gələn Avro-2020 nə qədər möhtəşəm layihələr olsa da, azarkeşə, Azərbaycana doğma futbol, inkişaf lazımdır.

Azarkeş dağıdılmış futbol xarabalığından yad ölkələri, klubları seyr etməklə yanaşı haqlı olaraq onların arasında millimizi, klublarımızı görmək istəyir.

Beynəlxalq yarışlarla paralel inkişaf etməyən ümumi futbol, millilərin çıxışları azarkeş qüruruna, hissiyyatına toxunur...

Azərbaycan futboluna "düşmən" kəsilmiş AFFA, dövlətin futbola, idmana qayğısına da kölgə salır, azarkeşlərin haqlı narazılığına gətirib çıxarır....

Futbolun ictimaiyyət arasında böyük təsir qüvvəsi var. Futbol təbii adrenalindir və zarafatı sevməz!

İstefa mədəniyyət deməkdir. İstefa mədəniyyətini şəxsi ambisiyalarına, futboldan qazandıqları layiq olmadıqları milyonlara, vəzifələrə qurban verən cavabdehləri dövlət- azarkeş (xalq) birliyi həll edə bilər...

Dövlət futbola qayğı göstərdiyi kimi, azarkeş kütləvilliyinin səsinə səs verərək uçurulmuş körpünü bərpa edə bilər...

Azarkeşlərin təxribatlara uymamağı, futbol adına haqlı atılan addımlardan dövlətçiliyimizə, xalqımıza qarşı yönələ biləcək istənilən məkrli niyyətlərdən uzaq olmalıdır.

Azərbaycan futbolunun xilası naminə məsuliyyəti öz üzərinə götürən fanat, azarkeş qarşısında baş əyilməlidir...

Futbolun biabırçı nəticələri fonunda əyilməyən, sınmayan, təslim olmayan, məğlub psixologiyanı qəbul etməyən, sözünü deyən Azərbaycan azarkeşi böyüklüyünü sübut edir...

Fanat, azarkeş - xalq deməkdir!

Qalib ruhlu, barışmaz Azərbaycan xalqına eşq olsun!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Orxan Fikrətoğlu: ...cahillikdən doğa bilən vətəndaş qarşıdurması...17:31, 24 iyun 2019
Etibar Hüseynov yazır: ...çörəyi dizinin üstündə olan naşükürlər...16:58, 24 iyun 2019
Gülağa Tənha - şairin sözlərindən ibarət ifa və ruha xoş görüntülər (+VİDEO)11:54, 24 iyun 2019
“Nəsimidən Füzuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” şeir müsabiqəsinin nəticələri bilindi (+FOTOLAR) 22:12, 22 iyun 2019
“Rəqəmsal dünyanı yarat” – Azercell yeni loqosunu təqdim etdi21:58, 22 iyun 2019
Tutu yeyin doyunca... 21:49, 22 iyun 2019
Tarixin 22 iyun dərsləri 20:27, 22 iyun 2019
Xalq Bank Mirzə Şəfi Vazehin irsini əmanətə çevirdi (+FOTOLAR)20:20, 22 iyun 2019
Turşəng: çiy də faydalıdır, bişmiş də..19:43, 22 iyun 2019
Naxçıvan ərazisi müxtəlif filiz, qeyri-filiz və tikinti materialları ilə çox zəngindir 15:27, 22 iyun 2019
Cəbhə bölgəsində yerləşən hərbi birlikdə təlim məşqləri keçirilib (ViDEO+FOTOLAR)12:35, 22 iyun 2019
Gülağa Tənhanın " Bu kənd məni tanımadı " şeiri (+VİDEO)10:18, 22 iyun 2019
Ramil Usubov şəxsi heyətə müraciət etdi: "İnanıram ki, Vilayət Eyvazovun rəhbərliyi ilə..."19:36, 21 iyun 2019
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə çərçivəsində seminarlar başa çatmışdır (+FOTOLAR) 15:50, 21 iyun 2019
GAMŞ-ın ÜZVLƏRİ “KİÇİK AKADEMİYA”-NIN HESABAT YIĞINCAĞINDA İŞTİRAK EDİBLƏR (+FOTO) 15:32, 21 iyun 2019
"Narçılıqda aqrotexniki tədbirlər" mövzusunda təlim keçirilib (+FOTOLAR) 15:25, 21 iyun 2019
ADMİU-nun kollektivi Kazanda keçirilən beynəlxalq Festivalda iştirak edib (+FOTOLAR) 15:13, 21 iyun 2019
Mərkəzi Elmi Kitabxanada “Abbasqulu Ağa Bakıxanov – 225” adlı sərgi keçirilir (+FOTOLAR) 14:51, 21 iyun 2019
Onlar cəsədləri sürüyə-sürüyə...biz isə çiynimizdə... - Sənan Nəcəfov qeyd etdi (ViDEO+FOTOLAR)14:46, 21 iyun 2019
“Azərsu” Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su layihələrinin icrasını davam etdirir (+FOTOLAR) 14:26, 21 iyun 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə