31 may 2019-cu il tarixində Bakı Yunus Emre İnstitutu və BUSMEK-in birgə əməkdaşlığı ilə İnstitutda verilən ebru, tezhib və çini kurslarını bitirən tələbələrə aid əsərlərin yer alacağı sərginin açılışı olacaq. İnkişafyönümlü layihələrlə yanaşı, təhsil və mədəniyyət layihələrinə də dəstək verən İnstitut, ebru, tezhib və çini kimi ənənəvi sənətlərin yaşadılması və qardaş ölkə Azərbaycanda bənzər layihələr üçün dəstəklərini davam etdirir. 41 kurs tələbəsinin sertifikat alacağı sərginin açılış proqramında Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral iştirak edəcək. Nəzərinizə çatdırırıq ki, sərgi 31 may 2019-cu il tarixində, saat 17.00-da, Bakı Yunus Emre İnstitutunun sərgi salonunda (2-ci mərtəbə) keçiriləcəkdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, sərginin açılış mərasiminin saytlarınızda elan edilməsi üçün köməkdarlıq göstərməyinizi xahiş edirik.
Bütün hüquqlar qorunur © 2024