Təqvim
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb (+FOTOLAR)
22 may 2019 - 21:06

Canveten.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Bu gün qonaqlar Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Rəyasət Heyətinin üzvləri nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan akademik Akif Əlizadə AMEA ilə REA arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Təxminən 50 il öncə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.V.Keldışın Azərbaycana səfəri zamanı onu şəxsən müşayiət etdiyini qeyd edən AMEA rəhbəri 1945-ci il martın 27-də Azərbaycan SSR Elmlər Akademiyasının təsis edilməsinin ölkə elminin inkişafında böyük rolunun olduğunu vurğulayıb. 2018-ci ildə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 mart tarixinin respublikamızda “Elm günü” kimi qeyd olunduğunu əlavə edib.

Görüş çərçivəsində iki qurum arasında imzalanacaq elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan akademik Akif Əlizadə bildirib ki, müasir elmin çağırışlarını və hazırda bir çox elmi istiqamətlərin multidissiplinar xarakter daşıdığını nəzərə alaraq,elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki qurum arasında müxtəlif sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədini daşıyan əməkdaşlıq haqqında sazişin imzalanmasına zəruriyyət yarandığını qeyd edib.

Səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən akademik Aleksanrd Sergeyev bu gün Prezident İlham Əliyevlə görüşdüyünü, həmin görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycana səfərinin əsas məqsədinin ikitərəfli elmi əlaqələrin möhkəmləndirilməsi və daha da genişləndirilməsindən ibarət olduğunu qeyd edib.

İmzalanacaq sazişin əhəmiyyətindən danışan akademik Aleksandr Sergeyev gələcək perspektivərdən söz açıb. Bildirib ki, Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi, ekoloji problemləri, Xəzər dənizin iqlim və demoqrafik şəraitə təsiri, neft kimyası, nanotexnologiyalar, kosmik tədqiqatlar, tibb və farmakologiya, tarix, arxeologiya kimi elmi sahələrin prioritet istiqamət olduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev gələcək tədqiqatlara dair bir sıra təkliflər irəli sürüb. Qeyd edib ki, Xəzər dənizinin biosenozunun öyrənilməsi, paleogenetika məsələləri və Qafqazın biomüxtəlifliyini araşdıran tədqiqatların aparılmasına böyük ehtiyac duyulur.

REA-nın prezidentinin müavini, akademik Taliya Xabriyeva öz çıxışında Xəzər dialoqunun iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiyalar sahələrində birqə tədqiqatların təşkilinə, həmçinin Xəzər məsələləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məsələsinə müsbət təsir edəcəyini bildirib.

Sonra AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov nanoplazmonika sahəsində multidissiplinar tədqiqatların aparılması, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova isə etnogenez, fəlsəfə, mədəniyyətlər və dinlərarası əlaqələrin öyrənilməsinin vacibliyini qeyd ediblər.

Sonda AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübəvə informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapır.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.

Görüşdə həmçinin REA-nın Xarici Əlaqələr İdarəsinin rəisi Olqa Qluxovtseva, REA prezidentinin Katibliyinin rəisi Valeriya Belyanina,Q.V.Plexanov adına RİU-nin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilgəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, elmi bölmələrin akademik-katibləri, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevavə digərlər əməkdaşlariştirak ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə