Təqvim
Sabunçu və Suraxanı rayonlarını birləşdirən yol yenidən qurulub (+FOTOLAR)
14 may 2019 - 14:30

Bakı şəhərinin mühüm nəqliyyat arteriyası hesab olunan yolların yenidən qurulması işləri davam etdirilir. Bu çərçivədə paytaxtın 2 rayonun 3 qəsəbəsini birləşdirən mərkəzi yolun yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılıb.

 

Sabunçu rayonu  Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yeni və müasir görkəmdə yenidən qurulub. Sözügedən yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.

 

Bakı şəhərinin iki rayonun Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən yol sözügedən qəsəbələrdə yaşayan vətəndaşların istifad etdiyi əsas yol olduğu üçün yenidən qurulması ehtiyac var idi. Çünki yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu.

 

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülüb, bunun üçün yol kənarında olan səki daşları sökülüb, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılıb. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınıb.  

 

Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılılıb. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib.

 

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsi hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada 5200 kv.m sahədə bərpa olunub, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilib. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılıb. 

 

Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə yol boyu görülən bu işlər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə