Təqvim
MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirilib (+FOTOLAR)
16 aprel 2019 - 02:48

 Canveten.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli dilçi alimi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin şəxsi kitab kolleksiyasının təqdimatını keçirib. Təqdimat mərasimində alimin müasirləri, tələbələri, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə təqdimatla çıxış edən MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşı Səda Əliyeva alimin şəxsi kitab kolleksiyası, həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuş Əlövsət Abdullayevin Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsər, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifi olduğunu deyib.

Kolleksiyanın alimin qızı, filologiya elmləri doktoru, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Sənubər Abdullayeva tərəfindən MEK-ə təqdim olunduğunu bildirən S.Əliyeva ümumilikdə burada 1250 nüsxə sənəd olduğunu deyib. Bildirib ki, kolleksiyaya Əlövsət Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı dilçilik elminin bütün bölmələrinə aid kitablar, müxtəlif dillərdə olan lüğətlər, ensiklopediyalar, tarixi kitablar, dahi yazarların əsərlərindən ibarət olan ədəbiyyatlar və digər sənədlər daxildir.

Təqdimatda alimin “Köməkçi nitq hissələri” metodik vəsaiti, “Müasir Azərbaycan dili, Sintaksis” dərsliyi, “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyası, “Dil, Siyasət, Sosial tərəqqi”, “Sintaksisin aktual məsələləri”, “Azərbaycan dili məsələləri” və s. kitablarının adları sadalanıb. Qeyd edilib ki, dil əlaqələri, əlifba problemi, Azərbaycan dilinin morfologiyası və sintaksisi ilə bağlı vacib məsələlərin əksini tapdığı kitablarda dilimizin ayrı-ayrı problemlərini əhatə edən araşdırmalar yer alır. Bildirilib ki, alimin Azərbaycan dilçiliyinin səviyyəsini əks etdirmək baxımından böyük əhəmiyyət kəsb edən bir sıra kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Həmçinin MEK əməkdaşları tərəfindən Vikipediyada alim haqqında ətraflı məlumat yerləşdirilib.

Daha sonra professor Əlövsət Abdullayevin qardaşı, professor Əlikram Abdullayev, qızı Sənubər Abdullayeva, oğlu Tofiq Abdullayev, dilçi alimin tələbəsi olmuş BDU-nun dosenti İsmayıl Məmmədov, professorları Tofiq Hacıyev, Rəhilə Quliyeva, Fikrət Əlizadə və digər qonaqlar çıxış edərək, alimin həyatı və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər. Onu Azərbaycanda dilçilik sahəsində xüsusi söz sahibi olan, məktəb yaratmış görkəmli elm xadimi, dilçi alimlərin yetişməsində şəriksiz xidməti olmuş şəxsiyyət kimi xarakterizə ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə