Təqvim
Mərkəzi Elmi Kitabxanada İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi açılıb (+FOTO)
10 aprel 2019 - 16:19

Canveten.az xəbər verir ki, bu il yazıçı, publisist, ictimai xadim İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilir. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda yazıçı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib. Sərgidə yazıçının MEK fondlarında saxlanılan “Xatirəyə dönmüş illər”, “Dəli Kür”, “Ölüləri qəbirstanlıqda basdırın”, “Daim axtarışda”, “Ölən dünyam”, “Cəbhə yolları”, “Mənim rəqibim”, “Namərd gülləsi”, “Dostum Hüseyn Arifin lətifələri”, o cümlədən onun haqqında yazılmış “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri”, “İsmayıl Şıxlının dilçilik görüşləri” (Buludxan Xəlilov), “Həyat və ədəbi tale” (Abbas Hacıyev), “İ.Şıxlının bədii nəsri” (Təyyar Salamoğlu), “İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti” (Yaqub İsmayılov) və digər kitablar nümayiş olunur.

İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb.

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

Sərgi bu ilin sonunadək davam edəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə