Təqvim
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib (+FOTOLAR)
22 mart 2019 - 23:34

Canveten.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi təşkil olunub. Tədbirdə Akademiyanın rəisi Qulu Novruzov, akademiya kollektivi, tələbələr və Akademiyada təlim keçən gömrük xidməti əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov bu bayramın Azərbaycan xalqının ən gözəl, ən əziz bayramı olduğunu bildirib. Bayram münasibətilə Akademiya kollektivini təbrik edən Qulu Novruzov kollektivin simasında bütün Azərbaycan xalqına xoş arzularını çatdırıb.

Novruz bayramının xalqımız üçün fərqli bir bayram olduğunu qeyd edən Akademiya rəisi bu bayramın Azərbaycan xalqının adət-ənənəsində, gündəlik yaşam tərzində hər zaman yaşadıldığını nəzərə çatdırıb. Azərbaycan ədəbiyyatında bu bayramla bağlı folklor nümunələrinin əsrlərdən nəsillərə ötürülərək bu günədək saxlanıldığını vurğulayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın hər il Novruz şənliyində iştirak edərək, xalqımızla birgə bayramı qeyd etdiklərini deyən Qulu Novruzov dövlətimizin milli–mənəvi, maddi–mədəni irsimizə hər zaman sahib çıxdığını diqqətə çatdırıb. O,  2010-cu ildən başlayaraq BMT-də Beynəlxalq Novruz Gününün qeyd edildiyini və Azərbaycanın  bu əlamətdar günün təsis olunmasının əsas təşəbbüskarı olduğunu vurğulayıb.

Tədbirdə Akademiya tələbələrinin ifasında Novruz bayramına həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub, müxtəlif rəqslər təqdim olunub, həmçinin Novruz bayramının əsas personajları olan Kosa, Keçəl və Bahar qızının iştirakı ilə bayrama həsr olunmuş səhnəciklər nümayiş etdirilib. Həmçinin Akademiyaya dəvət olunmuş sənətçilərin ifaları təqdim olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə