Təqvim
“Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzusunda konfrans keçirilib (+FOTOLAR)
18 mart 2019 - 21:52

Canveten.az xəbər verir ki,  sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun gəlirli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risklərin təsirlərinin azaldılması strategiyaları barədə maliyyə təşkilatlarını məlumatlandırmaq məqsədilə Azərbaycan Banklar Assosiasiyası Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə  “Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzusunda konfrans keçirib.

Konfransı giriş sözü ilə IFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, SECO təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli və ABA-nın icraçı direktoru Yunus Abdulov açıb.

“Kənd təsərrüfatının gəlirli maliyyələşdirilməsi” adlı paneldə Aqil Abdullayevin moderatorluğu ilə spikerlər təqdimatla çıxış ediblər. Leyla Hüseynli bazaar ümumi baxış – inkişaf üçün imkanlar və çağırışlar, Azərbaycan kənd təsərrüfatının maliyyələşdirilməsi imkanları və metodları kimi məsələləri əhatə edən “Kənd təsərrüfatı: Maliyyələşmədə artan imkanlar” mövzusunda çıxış edib. Daha sonra Ağaməhəmməd Alosmanov və Mirsahab Mirzəyev “İnkişaf edən dəyər zəncirləri: banklar üçün imkanlar” mövzusunda təqdimat ediblər. Çıxışda ixrac yönümlü dəyər zəncirlərinin üstünlükləri, seçilən dəyər zəncirlərində nağd pul dövriyyəsi, risklər və bazar tendensiyalarının izahatı, dəyər zənciri boyunca maliyyələşməyə ehtiyac, IFC-nin təcrübəsi: effektiv idarə olunan vədi versifikasiya olunmuş aqrar kredit portfelinin yaradılması mövzuları müzakirə edilib.

Konfransda maliyyə təşkilatları xüsusilə də Kənd Təsərrüfatı Dəyər Zəncirlərinin maliyyələşdirilməsinin ənənəvi maliyyələşdirmə ilə müqayisədə üstünlükləri və kənd təsərrüfatı portfelini artırma imkanları öyrənilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar, İnşaat və əmlak
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə