Təqvim
Şəhidlər unudulmur Yazıçı-publisist, şairə Gülarə Munisin “Emin, sən ölməmisən!” kitabının təqdimatı keçirildi (+FOTOLAR)
14 mart 2019 - 10:44

Canveten.az xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Buzovna qəsəbə Mədəniyyət evində Ağdam uğrunda döyüşlərdə şəhid olmuş Emin Əliyevin döyüş yolu, şəhidlik zirvəsinə ucalması haqqında “Emin, sən ölməmisən!” kitabın təqdimatı təşkil olundu.  

Təqdimatı giriş sözü ilə 11-ci sinif şagirdi Aidə Kərimova açdı. Tədbirdə Buzovna qəsəbəsinin axundu Hacı Soltan Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı, “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva-Muxtarova, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, Azərbaycan Milli Tariz Muzeyinin aparıcı elmi işçisi Nardanə Yusifova, uşaq yazıçısı Gülzar İbrahimova, Xəzər rayon 234 №-li tam orta məktəbin direktoru Könül Məmmədli, şəhid Emin Əliyevin anası İbadət Əliyeva və başqaları çıxış etdilər.

Kitabın müəllifi Gülarə Munis Emin Əliyevin döyüş yoluna, göstərdiyi igidliyinə həsr olunmuş şeirlər oxudu və qeyd etdi ki, torpaqlarımız işğaldan azad olandan sonra zəfər barədə çoxlu kitablar yazılacaq.

Konsert proqramında Gülarə Munisin sözlərinə yazılmış qəzəllər ifa olundu, şagirdlər şeirlər söylədilər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, HUQUQ
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı 19:18, 25 aprel 2024
“Yaşıl dünya boyalarda” – Masallıda tədbir 17:53, 25 aprel 2024
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə