Təqvim
“Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş festival keçirilib (+FOTOLAR)
06 mart 2019 - 13:57

Canveten.az xəbər verir ki,  “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Bakı şəhərinin 242 saylı orta məktəbində  “İdman Festivalı ” keçirilib.  Festival “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilib.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə TOPs proqramı üzrə təlimlər həyata keçirilib.  Bu metodologiya şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.

İdman Festivalında 120 nəfərə yaxın şagird iştirak etmişdir. “İdman Festivalında” şagirdlər müxtəlif idman fəaliyyətlərindən ibarət olan estafetlərdə öz bacarıqlarını nümayiş etdirmiş  və musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda uşaqların çıxışlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəsmiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.

İdman festivalında dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, “Bədən Tərbiyəsi və İdman Günü”ndə məktəblilərin idmana həvəsini görmək onları qürurlandırır:

“Bu gün uşaqların yarışlarda iştirakı, TOPs metodologiyasına əsasən öyrəndiklərini həvəslə tətbiq etməsi bizim təssübkeş, sağlam gələcəyə olan inamımızı daha da artırdı. Biz çox şadıq ki, müəllimlər üçün təşkil etdiyimiz təlimlərdə təklif etdiyimiz metodologiyanı bugün əyani formada şagirdlərin fəaliyyətlərində izləyə bilirik. Bu işdə müəllimlərimizin səyini və istəyini də unutmamalıyıq. Artıq Azərbaycan məktəbləri TOPs- Böyük Britaniya təcrübəsindən faydalanır”.

Festivalda qalib və mükafatçılara Diplom və Kuboklar təqdim edilib.

“Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019 tədris ilində TOPs proqramına əlavə olaraq 100 ümumtəhsil məktəbi qoşularaq Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-yə çatdırılmışdır. Cari tədris ilində TOPs layihəsinə yeni cəlb olunan ümumi təhsil müəssisələrindən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulmuşdur. Müasir təhsil texnologiyasının tətbiqi ilə həyata keçirilən fiziki tərbiyə fənlərindən 100,000 nəfərə yaxın şagirdin faydalanması gözlənilir.”

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə