Təqvim
Çap məhsulları üzərindən ƏDV götürülsün... - Əflatun Amaşov
14 fevral 2019 - 15:00

"Bİ"  Milli Məclisin keçirilən plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışını təqdim edir:

 

"Kitabxana işi haqqında" Qanuna təklif olunan dəyişikliyi vacib sayıram. Ona görə ki, bu dəyişiklik kitabxanaların elektron sistemə keçməsi ilə bağlıdır. Daha bir mühüm dəyişiklik kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlıdır. Hesab edirəm ki, hər iki məsələ olduqca vacibdir.

Azərbaycanda müxtəlif mətbəə və nəşriyyatlarda kitablar çap olunur. Ancaq təəssüf ki, onların kitabxanalara çatdırılması işi düzgün qurulmayıb. Bu sahədə əksər hallarla qanunun tələbləri gözlənilmir. Burada məsuliyyətin artması həm də imkan verəcək ki, kitabların məzmununa diqqət yetirilsin. Biz müxtəlif dövrlərdə bəzi anti-milli qüvvələrin öz məqsəd və mənafelərini yaymaq üçün kitablar buraxdıqlarının şahidi olmuşuq. Təəssüf ki, nəşriyyat və mətbəələr məsələyə ciddi önəm vermir. Əslində onların belə bir mexanizmi də yoxdur ki, müvafiq yoxlama işləri aparsın.

Yeri gəlmişkən bir məsələyə də toxunmaq istərdim. Bu da kitabların qiyməti ilə bağlıdır. Qiymətlər çox bahadır. Əsasən də ölkəyə kənardan gətirilmiş kitabların qiyməti. Məlumatlara görə, hazırda ölkəyə il ərzində 200 min kitab gətirilir. Sovet dövrü ilə müqayisədə bu rəqəm dəfələrlə azdır. Qiymətə gəldikdə isə, təsəvvür edin ki, kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Üstəlik satış zamanı gəlir əldə etmək üçün təqribən 20-25 faiz də əlavə olunur. Bundan başqa satış müvafiq dövlət qurumuna hesabat verərkən onlar yenidən 18 faiz də ödəməli olurlar. Gəlin hesablayaq, 7+18+20+18=63. Lap olsun 60. Bundan sonra təsəvvür edin ki, oxucu kitab əldə etmək üçün nə qədər pul xərcləməlidir.

Bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır. Mən həmkarım Fazil Mustafanın burada səsləndirdiyi fikirləri dəstəkləyirəm. Təklif edirəm ki, ümumiyyətlə bütün çap məhsulları – qəzet, jurnal, kitab istehsalı və ölkəyə gətirilməsi üzərindən ƏDV götürülsün. Nəzərə alaq ki, gələcək elmə, biliyə söykənir. İstərdim ki, gələcəyimiz naminə bunu unutmayaq". 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Gülağa Tənha bir il sonra16:15, 19 fevral 2020
Gülağa Tənha Qocalar evi12:54, 18 fevral 2020
Gülağa Tənha sevgi və ailə haqqında18:17, 17 fevral 2020
Gülağa Tənha SEVGİ15:02, 14 fevral 2020
Gülağa Tənha Allaha inam14:00, 13 fevral 2020
Gülağa Tənha "Bu kənd məni tanımadı"13:02, 12 fevral 2020
İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova Şərəf ordenini təqdim edib - 18:15, 11 fevral 2020
Gülağa Tənha haqqında deyilənlər13:49, 11 fevral 2020
Gülağa Tənha " Barmaqların hikməti "12:34, 10 fevral 2020
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Aşağı Göycəli, Xətai və Aşağı Kəsəmən kəndlərində seçicilərlə görüşüb 15:33, 07 fevral 2020
Gülağa Tənha Xəzər televiziyasının canlı yayımında14:55, 07 fevral 2020
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa şəhərində ağsaqqal və ziyalılarla görüşü 15:44, 06 fevral 2020
Gülağa Tənha Tarixi görüş13:56, 06 fevral 2020
“Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi baş tutdu 16:22, 05 fevral 2020
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması bu il yekunlaşacaq 16:17, 05 fevral 2020
Müdafiə naziri HDQ-nin müasir Dalğıc Təlim Poliqonunun açılışında iştirak edib 16:14, 05 fevral 2020
Naxçıvan Qarnizonu qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər 16:06, 05 fevral 2020
Nar qabıqlarını ZİBİL Qutusuna ATMAYIN! - 10 dəqiqə qaynadıb içsəniz. 15:36, 05 fevral 2020
Qoşunlarda yeni tədris dövrü başlayıb 15:33, 05 fevral 2020
Gülağa Tənha düşüncəsi13:37, 05 fevral 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə