Təqvim
Dövlət Adamı – Dövlət Adam! - Azər Həsrət
06 fevral 2019 - 21:02

Prezident İlham Əliyevin bir özəlliyi haqqında da yazmaq istərdim. Bu, onun dövlət adamı – dövlət adam olmasıyla bağlıdır. Bu yazım kimlərəsə xoş gəlməyəcək, kimlərsə bunun üzərindən üzərimə hücuma keçəcəklər. Olsun, biz zatən belə hücumlara alışmışıq, çəkindiyimiz bir şey yox. Əlbəttə, söhbət böyük çoxluğun deyil, ürək bulandırmağı həyat kredosuna çevirmiş kiçik azlığın hücumlarından gedir.

Bu azlıq dediyimiz bir qayda olaraq bizim bütün yazılarımızı, çıxışlarımızı izləyir. Hətta ən neytral fikirlərimizi belə qılınc-qalxanla qarşılayırlar. Üstəlik, onların iddia etdikləri mövqe ilə üst-üstə düşən fikirlərimiz də bunların xoşuna gəlmir. Belə yanaşma isə bir daha sübut edir ki, həmin kəsimin məqsədi başqadır. Onlar sadəcə olaraq bu ölkədəki müsbət dəyişiklikləri, liderin üstün özəlliklərini dilə gətirən hər kəsi gözdən salmağı hədəfləyir. Dedik axı, biz də belə nəsnələri diqqətə almarıq heç zaman. Necə deyərlər, çaxçax baş ağrıtsa da bizim dəyirmanımız öz işindədir.

İndi isə keçək mövzumuza. Tez-tez Prezident İlham Əliyevə o məlum (məlun da deyə bilərik) azlıq irad tutur ki, niyə keçmişdə hakimiyyətə qarşı olanlara bu qədər meydan verirsiniz? Niyə onların özünü sərbəst ifadə edə bilməsinə göz yumursunuz?

Bu azlığın “arqumenti” də budur ki, Prezident İlham Əliyevin keçmişdə hakimiyyətə qarşı olanları yaxına buraxması guya dövlətə-hakimiyyətə ziyanmış. Bunların ulduz görməmiş “arqumentlər”inə ciddi yanaşsaq, Prezident nə vaxtsa onu tənqid etmiş, ona qarşı olmuş (ki, belələrinin arasında şəxsən mən də olmuşam) heç kimi yaxına buraxmamalıdır. Bu azlıq onu iddia edir ki, keçmişdə hakimiyyətə qarşı çıxanlar indi onun yanında olmamalıdır.

Bunlar iddia edir ki, bizim kimi insanlar 20-30 il qabaq hansı düşüncə ilə hərəkət edirdiksə, indi də elə hərəkət etməliyik. Özləri elə edirlər, ona görə də düşünürlər ki, heç kimin onlardan fərqli davranmağa haqqı yoxdur. Hələ özlərini inandırıblar ki, dünyanın ən ağıllı adamlarıdırlar. Olsun, qarışmırıq. Deyilənə görə bu da bir xəstəlik növüdür ki, mübtəla olanları sağaltmaq elə də asan deyilmiş…

Bizsə onlara izah etməyə çalışırıq ki, zaman keçdikcə münasibətlər də dəyişir, həyat da dəyişir, insanlar da dəyişir. Yəni bir ölülər, bir də dəlilər dəyişməz qalırlar. Qalan hər kəs dəyişir, zamana uyğunlaşır. Hələ bir adam ədalətlidirsə, dünən tənqid etdiyinin bu gün faydalı işlərini görüncə mütləq etiraf edər, dilə gətirər. Yalnız qərəzli və xəbis insanlar bunun əksini edər ki, biz də onlardan deyilik.

İlham Əliyevin keçmişdə onu tənqid edənləri irəli buraxması, onlara bir çoxları üçün təəccüblü dərəcədə mehribanlıq göstərməsi isə fəlsəfə məsələsidir. Ki, bunu da o azlıq anlamaz. Çünki anlayacaq qabiliyyətdə deyillər.

Bunlar İlham Əliyevin bir dövlət adamı olduğunu anlaya bilmirlər. Anlamırlar ki, dövlət başında duran şəxs cılız şəxsi hesablarla deyil, dövlətin sabahına faydalı olacağını sandığı hesablarla hərəkət edər. Dövlət adamı olmaq böyük adam olmaq deməkdir. Böyük adamlarsa keçmişlə yaşamaz, insanlara münasibətini şəxsinə münasibət əsasında qurmaz. Hətta öz əleyhdarlarından belə dövlətə faydalı olduğu yerdə istifadə edər böyük dövlət adamı! Bu fəlsəfəni anlayanların hakimiyyəti uzun sürər, anlamayanlar isə az keçməz, vəzifəsindən uzaqlaşmağa məcbur olar!

İlham Əliyev çağdaş Azərbaycan tarixinin dövlətçilik fəlsəfəsini mənimsəmiş ən parlaq örnəyidir. O, həm də dünya siyasi liderləri arasında xırda hesablarla deyil, böyük – millətə faydalı hesablarla davranmağın necə olduğunu göstərməsilə fərqlənir. İlham Əliyev Prezident seçiləndə demişdi ki, mən hər bir Azərbaycanlının prezidenti olacağam. Bu isə o anlama gəlir ki, o, siyasi mövqeyindən, onun şəxsinə münasibətindən asılı olmayaraq hər kəsə qucaq açacaq qədər böyükdür.

İlham Əliyevin siyasi lider olaraq böyüklüyü həm də onu tənqid edənlərin özünü rahat hiss etməsi deməkdir. Çünki o tənqidçilər günün birində öz naşılıqlarından, naşükürlüklərindən bəlaya düçar olanda belə onlara ilk əl uzadan məhz Prezident İlham Əliyev olur. Onlar bəzən cinayət törədib həbsxanaya düşür, Prezident bu adamları mümkün dərəcədə əfv edib azadlığa buraxır. Yaxud da hansısa xarici ölkədə şübhəli şəkildə həbs edilirlər, yenə də bütün Azərbaycanlıların Prezidenti onlara sahiblənir. Hətta bilir ki, bu adamlar qurtulduqdan sonra yenə də onu tənqid edəcəklər, əl uzadır, onları bəladan qurtarır. Çünki dövlət adamıdır. Çünki dövlət başında olmağın nə demək olduğunu anlayır. Çünki pisiyla, yaxşısıyla bütün xalqı qucaqlayır. Qucaqlamalı olduğunu bilir. Böyük adamdır axı. Xırda hesablarla davranmaz o. Davranan birisi olsaydı bu qədər müddətdə xalq onu hakimiyyətdə saxlamazdı.

İndi belə bir böyük dövlət adamının keçmişdə onun hakimiyyətini tənqid edənləri də qucaqlaması ağlı başında olanları təəccübləndirmir. Təəccübləndirməməsi də lazım. O kəslər ki, dövlət fəlsəfəsinin nə olduğunu anlamır, həmin adamların hər şeyə təəccüblənməsinə isə biz təəccüblənmirik. Çünki bu adamlar 20-30 il öncə hansı ağıldaydısa, indi də o ağıldadır. Bu adamlar böyümür. Bu adamlar reallıq hissindən uzaqdır. Bu adamlar dövlətin nə olduğunu anlamır çünki. Belələrindən İlham Əliyevin böyük dövlət siyasətini anlamağı gözləyə bilərikmi? Əsla!

Sosial şəbəkələrdə paylaş:
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə