Təqvim
Venesuelada ikihakimiyyətlilik davam edir – Ölənlərin sayı artır
24 yanvar 2019 - 16:33

Venesuelada ötən gündən başlayaraq parlamentin spiker Xuan Quaidonu prezident elan etməsindən sonra gərginlik yüksələn xətlə inkişaf edir.

Canveten.az  xarici KİV-ə istinadən xəbər verir ki, prezident Nikolas Maduro baş verənləri dövlət çevrilişi adlandırıb.

O, Quaidonu qanuni prezident elan edən ABŞ-la diplomatic münasibətləri kəsərək 48 saat ərzində diplomatların ölkəni tərk etməsini istəyib.

Lakin Karakasda yerləşən ABŞ səfirliyinin əməkdaşları Maduronu qanuni prezident saymadıqları üçün bu göstərişi icra etməyəcəklərini deyiblər.

Hazırda Venesuelada həbs olunan vətəndaşların sayı 175-ə çatıb. Ümumilikdə, ölənlərin sayının 18-ə çatdığı da xəbər verilir.

Ümumilikdə, Cənubi və Şimali Amerika ölkələrindən yalnız Meksika Nikolas Maduronu prezident hesab edir. Braziliya, ABŞ, Kanada, Argentina və Kolumbiya kimi iri ölkələr isə Quaidonu qanuni prezident sayır.(modern.az)

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə