Təqvim
"DEMOKRATİYADAN DANIŞANLARIN GÖZLƏRİ KOR, QULAQLARI KARDIR" - BAMF PREZİDENTİ
09 yanvar 2019 - 23:45

Umud Rəhimoğlu:"Bir milyondan artıq insanın çəkdiyi zülmə, zillətə diqqət ayırmırlar. Ona görə də, biz öz prinsipial siyasətimizi davam etdirməliyik"

 

"Qloballaşan dünyada bütün ölkələrin həyata keçirdiyi proseslər və siyasət maraqlar üzərində qurulub. Bu gün Azərbaycanın güclü iqtisadiyyat və orduya malik olması, ölkəmizdə demokratik prinsiplərin işləməsi, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması inkişafımızı istəməyən qüvvələri narahat edir. Bundan başqa mətbuatımızda söz, fikir və ifadə azadlıqlarının qorunması, respublikamızın hür olması, məmləkətimizin sabitlik adasına çevrilməsi, bir sözlə bütün sahələrdəki tərəqqimiz həmin dairələrə sərf etmir".

Bu barədə "Sherg.az"a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu bildirib.

Fondun prezidenti qeyd edib ki, Azərbaycan nə qədər zəif olarsa, nə qədər kənar dəstəklərə möhtac qalarsa, sözügedən qrupların ölkəmizdə öz maraqlarını təmin etmələri bir o qədər asanlaşar:

"Yəni bizim zəif, gücsüz, iradəsiz olmağımız ölkəmizlə bağlı niyyətlərini gerçəkləşçdirmələri baxımından onların işinə yarayar. Amma şübhəsiz ki, Azərbaycan güclü iqtisadi potensiala, qüdrətli orduya malikdir. Ölkəmizin zəngin enerji resursları və münbit təbiətə malik olması, önəmli geosiyasi coğrafiyada yerləşməsi böyük önəm kəsb edir. Məhz buna görə də, ölkəmizə qarşı qərəzli mövqe tuturlar. Bəzi ölkələrin bizə təzyiqlər göstərməsinə, dövlətimizə qarşı bəyanatlar səsləndirməsinə təəccüblənməməliyik. Baxın, ötənlərdə Almaniyadan olan qonaqlarımla maraqlı bir debat apardıq. Dünya mediasını müzakirə etdik. Onlar Almaniya mətbuatında demokatik prinsiplərə əməl olunduğunu, ifadə azadlığı və plüralizmin qorunduğunu söylədilər. Belə olan halda mən sual qoydum ki, müstəqil media anlayışı nə dərəcə realdır və Almaniya mətbuatı  azaddırmı ? Onlar da Almaniya mətbuatının müstəqil olduğunu, ölkədə və dünyada baş verən hadisələrin tirajlanmasında hər hansı bir çətinliklə üzləşmədiyini diqqətə çatdırdılar. Onlara bu fikirləri ilə razılaşmadığımı bildirdim. Qeyd etdim ki, Azərbaycan işğala məruz qalıb, 20 faiz torpağımız hələ də Ermənistanın işğalı altındadır. Bu ərazilərin Azərbaycana məxsus olmasına dair BMT-nin 4 qətnaməsi var. BMT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu həqiqəti Almaniya mətbuatında təbliğ etmək istəyirik. Azərbaycanın işğala məruz qaldığını Almaniya mediası vasitəsilə dünyaya bəyan etmək istəyirik. Onlar bu məsələyə razılıq verməyə çətinlik çəkdilər. Söylədilər ki, hər media quruluşunun, hər redaksiyanın öz informasiya siyasəti var".

U.Rəhimoğlu vurğulayıb ki, hər bir ölkənin və ya hər bir mətbuat orqanının öz maraqları var:

"Bu mənada hesab edirəm ki, biz informasiya savaşına hazır olmalıyıq. Ölkəmizə qarşı irəli sürülən ittihamlara tutarlı cavablar vermək gücündə olmalıyq. Fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq. Ölkəmizlə bağlı dünyaya dolğun məlumatlar çatdırmalıyıq".

Fond rəhbəri onu da əlavə edib ki, Azərbaycana gələn əcnəbi qonaqların hamısı ölkəmizlə bağlı çox yüksək fikirlər səsləndirirlər:

"Ölkəmizdəki bu dinamik inkişafı görüb, yaxşı mənada çaş-baş qalırlar. Demək olar ki, hər gün belə insanlarla rast gəlirəm. Təşkilatımız beynəlxalq qurum olduğu üçün az qala hər gün əcnəbi qonaqlarımız olur. Onlar ölkəmizdən çox yüksək təssüratlarla ayrılırlar. Mənə elə gəlir ki, biz özümüz də çox işləməliyik. Demokratiyadan danışanların gözləri kor, qulaqları kardır. Bir milyondan artıq insanın çəkdiyi, zülmə, zillətə diqqət ayırmırlar. Ona görə də, biz öz prinsipial siyasətimizi davam etdirməliyik. Azərbaycana qarşı atılan çamurun qarşısını almaq üçün  tədbirlərimizi gücləndirməliyik. Əlbəttə, bu işdə medianın üzərinə böyük yük, vəzifə düşür. Mənə elə gəlir ki, mətbuatımız çox çalışmalıdır".

Qeyd edək ki, son günlər Azərbaycanı sevməyən məlum dairələr, qərəzli Qərb təşkilatları və onların ölkəmizdəki əlaltıları növbəti dəfə dövlətimizi hədəf alıblar. Dünyanın bir çox bölgəsində hər gün baş verən zülmləri, işgəncələri, polis-xalq qarşıdurmasını görməzdən gələn, onlar barəsində bir cümlə belə xəbər dərc etməyən, hər hansı tələb irəli sürməyən məkirli qurumlar Azərbaycandakı ən xırda olayı şişirdərək, qanunsuz hərəkətlərinə görə, həbs olunmuş bloger Mehman Hüseynovu "jurnalist” kimi təqdim edərək rəsmi Bakıya təsir göstərməyə cəhd edirlər.

Ayyət Əhməd

Sosial şəbəkələrdə paylaş:
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
Gülağa Tənha: Keçmişi fəhlə olan azərbaycanlı milyonçu haqqında bilmədikləriniz…15:03, 28 mart 2023
Prezident İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi 14:57, 28 mart 2023
Bakı sakinin polis bölməsində öldürülməsi barədə RƏSMİ AÇIQLAMA15:37, 27 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə