Təqvim
Benzin, araq və siqaretə yeni vergi belə ödəniləcək – Qaydası müəyyənləşdi
27 dekabr 2018 - 22:31

Azərbaycanda 2020-ci ildən benzin, dizel yanacağı, maye qaz, energetik içkilər (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün maye, tütün məmulatları və alkoqollu içkilərə görə icbari tibbi sığorta haqqı qismində alınacaq faktiki verginin hesablanması və ödənilməsi qaydası məlum olub.

Bu, Milli Məclisə təqdim olunan və sabah plenar iclasda müzakirəyə çıxarılacaq “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan ərazisində benzininin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi icbari tibbi sığorta haqqını aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

Energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə, tütün məmulatlarına, alkoqollu içkilərə aksiz markalarının verilməsinə görə icbari tibbi sığorta haqqı isə vergi ödəyicisi tərəfindən həmin aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda ödənilir.

Qeyd edək ki, qanun layihəsinə əsasən, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 2 qəpik, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 10 qəpik, tütün məmulatlarına aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 5 qəpik, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 10 qəpik icbari tibbi sığorta üzrə sığorta haqları qismində alınacaq.

Bu qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Bu məhsullar ekologiyaya, insan sağlamlığına mənfi təsir göstərdiyi üçün faktiki belə vergiyə cəlb olunduğu ehtimal edilir. Bu vəsaitin İcbari Tibbi Sığorta agentliyinin hesabına köçürüləcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə