Təqvim
Qənirə Paşayeva xəstəliyindən danışdı: “Həkimlər deyir ki…
18 dekabr 2018 - 19:41

“Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə karpal tunel sindromu diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə bilmədim, mesajlarınıza cavab yaza bilmədim. Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram”.

Minval.info xəbər verir ki, bunu deputat Qənirə Paşayeva keçirdiyi əməliyyatla bağlı danışarkən deyib.

Deputatın sözlərinə görə, tibb mütəxəssisləri onun səhhətinin yenidən normal vəziyyətə qayıdacağını söyləyirlər:

“İnşallah Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər. Yaradana şükürlər olsun. İnanıram ki, Onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”.

Xatırladaq ki, Qənirə Paşayeva qollarında meydana gələn karpal tunel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə