Təqvim
BVF Azərbaycan iqtisadiyyatı haqqında proqnozunu açıqladı
06 noyabr 2018 - 17:41

2018-ci ildə Azərbaycanın qeyri-neft sektorunda ÜDM 2,1%, 2019-cu ildə 2,8% artacaq.

"BI" xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 3,5% təşkil edəcək, 2019-cu ildə 3,3%-dək azalacaq.

2018-ci ildə Azərbaycanda ÜDM 1,3%, 2019-cu ildə 3,6% artacaq. Fondun Qafqaz və Mərkəzi Asiya regionu üzrə noyabr icmalında dərc olunmuş proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycanın neft sektorunda “sıfır artım”, 2019-cu ildə isə 5% artım olacaq.

BVF-nin qiymətləndirmələrinə görə, cari ildə respublikada sutkada 0,79 mln. barel (2017-ci ildə 0,8 mln. barel), 2019-cu ildə 0,78 mln. barel neft hasil olunacaq. Bu dövrdə sutkalıq qaz hasilatı 0,41 mln. barel neft ekvivalentinə (2017-ci ildə 0,31 mln. barel neft ekvivalenti) bərabər olacaq, 2019-cu ildə isə 0,54 mln. barel neft ekvivalentinədək artacaq.

Cari ilin yekunları üzrə Azərbaycandan 23,8 mlrd. dollar (2017-ci ildə 19,8 mlrd. dollar), 2019-cu ildə 25,6 mlrd. dollar dəyərində mal və xidmət ixrac olunacaq. 2018-2019-cu illərdə Azərbaycana idxalın həcmi müvafiq olaraq 19,2 mlrd. dollar və 19,6 mlrd. dollar təşkiledəcək.

BVF-də hesab edirlər ki, neftin qiymətinin yüksək olması və dövlət investisiyalarının artması respublikanın iqtisadi inkişafına müsbət təsir göstərir.

Azərbaycan hökuməti 2018-ci ildə ÜDM artımını 2%, 2019-cu ildə isə 3,6% səviyyəsində proqnozlaşdırır. Bu dövrdə qeyri-neft sektorunda artım 3,4% və 3,9% səviyyəsində gözlənilir.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© oxu
Kateqoriya:
MƏDƏNİYYƏT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə