Səudiyyə Ərəbistanı yaxın həftələr ərzində Birləşmiş Ştatlara neft ixracını xeyli azaltmağa hazırlaşır. Modern.az-ın məlumatına görə, Krallıq bununla bazarda neft hasilatının azaldılması barədə OPEK+ üzrə yeni razılaşmanın şərtlərinin yerinə yetirilməsində qətiyyətli olduğunu göstərmək istəyir. "Bloomberg" bazardakı mənbəyə istinadən yazır ki, artıq yanvarda son üç ayla müqayisədə ABŞ-a neft ixracının təqribən 40 faiz azalacağı gözlənilir.
Bütün hüquqlar qorunur © 2024