Bakı Nəqliyyat Agentliyinin əməkdaşları yaxa kameralarından istifadə edəcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-a eksklüziv açıqlamasında deyib. O bildirib ki, agentliyin əməkdaşları üçün yaxa kameraları və onun hissələri alınır. Bu kameralar nəqliyyat vasitələrinin dayanma, durma və parklanma qaydalarına nəzarət edən əməkdaşların istifadəsinə veriləcək. Yaxa kameralarının alınmasında məqsəd əməkdaşların vəzifələrini icarə edərkən təhlükəsizliyinin təmin olunmasına, hər hansı hücumun qarşısının alınmasına kömək etməkdir.
Bütün hüquqlar qorunur © 2021