Təqvim
İşsizlərin çoxu bu rayona toplaşıb - RƏQƏMLƏR DANIŞIR
05 noyabr 2018 - 11:00

 2018-ci ilin sentyabr ayında Bakıda işsizlərin sayı azalıb.  

"BI" xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat verib. Bildirilib ki, bu ilin avqustunda paytaxtda  ümumilikdə  şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 18 min 553 nəfər olub. Sentyabrda isə bu rəqəm 449 nəfər azalaraq 18 min 104 nəfərə düşüb. Onlardan cəmi 539 nəfərinə işsizliyə görə müavinət verilib. İşsizlərə hesablanan  orta aylıq məbləğ  211,33  manat olub. 

 

Bakı şəhəri üzrə işsiz statusu olan şəxslərin  7 min 113  nəfərini qadınlar, 10 min 991 nəfərini isə kişilər  təşkil edib. 

İşçi qüvvəsinə olan tələbat isə sentyabr ayının  sonuna   şəhər  üzrə  cəmi  2 339 nəfər olub. Onlardan 2048  nəfəri fəhlələrdir. 

 

Məlumata görə, sentyabrda ən çox işsiz Xətau rayonunda qeydiyyata alınıb - 3 609 nəfər. Ən çox müavinət alan da bu rayondandır -119 nəfər. 

 

Nəsimi rayonunda isə 2 804 nəfər işsiz kimiqeydə alınıb. Onlardan cəmi  35 nəfərinə işsizliyə görə müavinət verilib. İşsizlərin sayına görə siyahəda 3-cü yeri 2 309 nəfərlə Yasamal rayonu tutur. Onlardan 67 nəfəri  müavinət ala bilib. 

Ən az işsizlik isə Pirallahı rayonundadır.  Burada cəmi 35 nəfər işsizkimi qeydiyyata alınıb. Onlardan 4 nəfərə müavinət verilib. 

2018-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı rayonlar üzrə aşağıdakı kimi xarakterizə olunur:

                                                                        

 

İşsiz statusu olan şəxslər, nəfər

onlardan

işsizliyə görə müavinət

alanlar

 

Bakı şəhəri- cəmi

 

18 104

539

     o cümlədən rayonlar:

Binəqədi

850

71

Qaradağ

538

47

Xəzər

1 459

13

Səbail

648

23

Sabunçu

1 135

59

Suraxanı

1 634

25

Nərimanov

1 779

37

Nəsimi

2 804

35

Nizami

1 304

39

Xətai

3 609

119

Yasamal

2 309

67

Pirallahı

35

4

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
BANK

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə