Təqvim
"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA
02 noyabr 2018 - 19:45

ABB” ASC  Təlim və İnkişaf şöbəsinə Mütəxəssis, Aparıcı və ya Baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bank  daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
 Bankın təlim strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində iştirak;
 Təlim və inkişaf proqramlarının hazırlanması və genişləndirilməsi üçün müvafiq işlərin görülməsi;
 Təlimin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsi, təlim mərkəzləri ilə işin koordinasiyası;
 Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələrin verilməsi;
 Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və əməkdaşların işində treyninqin qazandırdığı töfhələrin qiymətləndirilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi təhsil;
 Yüksək ünsiyyətqurma qabiliyyəti; 
 Əla səviyyədə təşkilatçılıq bacarığı
 Sahə üzrə minimum 3 il iş təcrübəsi;
 Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

 İnsan Resurslarının idarə edilməsinin müxtəlif istiqamətlərində özünü inkişaf etdirmək və təcrübə toplamaq imkanı;
 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20 Noyabr 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təlim və İnkişaf  üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
İDMAN
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə