Təqvim
144 nəfərə birdəfəlik ödəmənin verilməsinə qərar qəbul olundu
02 noyabr 2018 - 16:07

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib.

 

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə yüksək qayğısının növbəti təzahürü olan 2018-ci il 19 aprel tarixli Fərmanın icrası olaraq, şəhid hərbi quluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə təşkil olunması üçün ötən dövrdə müvafiq işlərin görülməsi təmin olunub. Nazir qeyd edib ki, bu istiqamətdə mühüm addım kimi birdəfəlik ödəmənin çevik, şəffaf, sənədlərin “bir pəncərə” əsasında və sadə prosedurla qəbulunu və s. nəzərdə tutan Qaydalar hazırlanaraq təsdiq edilib. Şəffaflıq üçün vacib məqamlardan biri kimi, ödənişi həyata keçirəcək orqanla bu ödəməni alacaq vətəndaş arasında təmas sıfıra endirilib.

 

S.Babayev qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin saytında cari ilin 9 oktyabr tarixindən fəaliyyətə başlayan  “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. Bu bölmə vasitəsilə şəhid hərbi qulluqçulardan bu günədək artıq 96 faizinin vərəsələri birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib və notariat kontorlarında onlardan sənədlər qəbul olunur. Qəbul olunmuş sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.

 

İclasda birdəfəlik ödəmənin verilməsi ilə bağlı notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş və nazirliyə təqdim edilmiş sənədlərin müvafiq işçi qrupu tərəfindən təhlil olunduğu, hər hansısa sənədlərdə çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlərin aparıldığı qeyd olunub.

 

İlkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzərə alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub. Onlara birdəfəlik ödəmənin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunub. Qısa zamanda 144 vərəsənin bank hesablarına vəsaitin (11 min manat) köçürülməsi təmin ediləcək.

 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində digər vərəsələr üzrə də notariat kontorları tərəfindən göndərilmiş sənədlərin araşdırılması və təhlili işləri davam etdiriir.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
BANK
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə