Təqvim
Türkiyə ixracda rekord vurdu: aylıq artım 13%-dir
01 noyabr 2018 - 13:06

Bu ilin oktyabr ayında Türkiyədən ixracın dəyəri Cümhuriyyət tarixində ən yüksək həddə olub. 

BI xəbər verir ki,  Türkiyənin ticarət naziri Ruhsar Pekcanın sözlərinə görə, ötən ay Türkiyənin ixrac etdiyi məhsul və xidmətlərin ümumi dəyəri aylıq müqayisədə 13,1% artaraq 15,732 mlrd. ABŞ dollarına yüksəlib.

Ölkəyə idxal olunmuş məhsul və xidmətlərin dəyəri isə 23,5% azalaraq 16,261 mlrd. dollara düşüb. 

“Oktyabrda ən çox ixrac Almaniya, İngiltərə və İtaliyaya həyata keçirilib. Yeni iqtisadi proqram çərçivəsində Türkiyənin 2018-ci ildəki icracının dəyərinin 170 mlrd. dollara çatacağı gözlənilir”, - nazir qeyd edib. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə